Qadin.NET / Qadını çantasından tanı

Qadını çantasından tanı

İnsanlari hərəkətlərinə, görünüşlərinə görə tanımaq son vaxtlar hamını maraqlandırlr. Alimlərin araşdırmalarına görə, insanları təkcə görünüşlərinə görə yox, istifadə etdikləri əşyalara görə tanımaq mümkündür. Psixoloqlar çantanın içinə baxaraq sizin bütün xasiyyətinizi olduğu kimi deyəcəklər. Bunun üçün sadəcə onu açmanız kifayətdir .
Qadını çantasından tanı
İçi dolu və qarmaqarışıq çanta
Çantanızda hər şey qarmaqarışıqdır. Əşyalar səliqə ilə yığılmayıb. Siz sadəliyi və dəqiqliyi sevirsiniz.  Üstüörtülü danışmaq, sirr saxlamaq sizlik deyil. Ciddi planlaşdırılmış işi xoşlamırsınız. Belə işdən tez yorulur, həm də aqressiv olursunuz. Siz ''Heç bir problem yoxdur! Tanış olmaq asandır, ayrılmaq daha asan!'' devizi ilə yaşayırsınız. Belə çantası olan xanım zərifdir. Qayğını, nəvazişi sevir. Bir xoş söz onu ələ almağa kifayət edər.

 Səliqəli çanta

Axtardığın hər şey əlinin altındadır. Bu çanta heç vaxt açıq rəngdə ola bilməz, o, tünd rəngdə və ciddi formadadır. Bu cür çantanın sahibi olan xanımlar ağırtəbiətli və sakitdirlər. Onlar çox nəzakətli və özlərindən razıdırlar. Onların xüsusi təşkilatçılıq qabiliyyətləri var. 

 


Çantanıza gün ərzində sizə lazım olan bütün əşyaları yerləşdirirsiniz
Axtardığınız hər əşyanı burada tapa bilərsən - manikür dəsti, dərman çantası, açarlar, iynə, sap, ətir və s. Bu, sizin müdrikliyinizdən, qabiyiyyətinizdən, işgüzarlığınızdan, ürəyiyumşaqlığınızdan xəbər verir. Siz rahatlığı, problemsiz yaşamağı sevirsiniz. 

  İşgüzar görünüş

Çantada həmişə gündəlik həyat üçün lazım olan əşyalar - kitabça, qələm, jurnal və qəzet, dəsmal saxlayırsınız. Siz dəyişkən xasiyyətli birisiniz. İstəkləriniz fərqlidir. Həmişə özündənrazı təsiri bağışlasanız da əslində çox sadəsiniz. Mənfi xüsusiyyətiniz odur ki, çox ciddisiniz, demək olar ki, yumordan heç nə anlamırsınız.


 Sən demə, çantanı necə tutmağımız da xasiyyətimizdən xəbər verir.

Qola keçirilmiş formada
Bu, sizin səliqəli, ürəyiyumşaq, bacarıqlı olmağınızdan xəbər verir. Siz özünüzü həmişə formada saxlamağı bacarırsınız. Çantanızı hara gəldi atırsınız.
 Çantanı küncündən tutmaq
Əşyalarınızı tez-tez itirirsiniz. Özünüzdən razısınız,başqalarının fikri sizi maraqlandırmır. Həmişə yalnış fikirlər irəli sürürsünüz.
 Çiyindən asmaq
Siz utancaq və özünə inamı olmayan xanımsınız.  Əgər yeriyərkən əllərinizi hərəkət etdirirsinizsə, çox şənsiniz. Hamının xoşuna gəlməyə çalışırsınız.
 Çantanı qoltuqaltında saxlamaq
Bu, sizin sakit görünüşünüzün arxasında çoxlu sirr olduğunu göstərir. Çox səliqəlisiniz və ev işlərini sevirsiniz. Gözəl yeməklər hazırlamağı bacarırsınız. Hər zaman ətrafınızdakı insanların gözündə yüksək olmağa çalışırsınız.
 Çantanı çiynindən asmaq və əli ilə tutmaq
Siz cəsarətli xanımsınız. Problemlərdən qaçmağı xoşlamırsınız. Tənhalıqdan qorxur, insanlarla ünsiyyət qurmağı sevirsiniz.
26 fevral 2016
GO BACK