Mən bu gün sizə insanın səbəb olduğu yer üzündəki faciələrin birindən danışacağam. Görəsən biz insanlar nə üçün Tanrının yaratdığı möcüzə ilə kifayətlənməyib daha da çoxunu istəyirik. Bu gün sizlərə gözəlləşmək uğrunda plastik əməliyyat olunan, ancaq Tanrının qəzəbinə tuş gəlib tanınmaz hala gələn məşhurlardan bir neçəsini təqdim edəcəyəm. İndi elə bir zəmanədə yaşayırıq ki, insan- əsas da qadınlar gözəl qalmaq üçün hər şeyi edirik. Bahalı kremlər, maskalar, gellərvə s. Bunlar kifayət etmədikdə isə cıxış yolunu cərrah qapısında axtarırıq. Bu son dərəcə yanlış bir addımdır. Əminəm ki, bu şəkillərə baxdıqdan sonra elə fikirdə olan varsa fikrini dəyişəcək. Şəkillərdəkilər də gözəlləşmək uğrunda bu hala düşüblər.
Bu qadın ölkəsində pişik ləqəbiylə tanınan Jocelyn Widenstein-dir. Görün o əməliyyatdan sonra nə hala düşüb.
Bunun kimi o qədər Hollyvood məşhurunu nümunə göstərmək olar ki...
Belə tanınmışlardan biridə məşhur müğənni Madonnadır. Bir çoxlarının adını çəkmək olar, amma mən istəyirəm ki, bu şəkillərə baxaq və Tanrının yaratdığına şükür edək...
İndi siz mənə deyin, əziz xanımlar, gözəllik uğrunda bu hala düşməyə dəyərmi? Bəlkə də çoxlarınız deyəcəksiz ki, əməliyyatla gözəlləşən o qədər məşhur var ki...Amma onu da unutmayaq ki, tanınmaz hala düşənlər daha çoxdur. Buna görə də məncə hamı yaranışına- istər bədən, istərsə də üz görünüşünə şükr etməlidir. Sonda isə onu demək istəyirəm ki, məncə kim necə dünaya gəlibsə elə də ölməlidir. Unutmayaq ki, çox istəyən azdan da olar.