Qadin.NET / Bənzərsiz səs-Müslüm Maqomayev

Bənzərsiz səs-Müslüm Maqomayev

 

Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda çox hörmətli və məhşur bir ailədə dünyaya göz açıb. Görkəmli musiqiçi, dirijor Müslim Maqomayevin nəvəsidir, adını nəvəsində yaşatmaq ümidi ilə o yeni dünyaya göz açmış körpəni Müslüm adlandırdı. Beləliklə onlar həm baba-nəvə, həm də adaş oldular. Lakin Müslim 5-yaşında olarkən babası Allahın rəhmətinə getdi, Müslim isə onu heç unutmadı, daima onun musiqilərinə qulaq asırdı, arxivə baxırdı. Bilirdi ki, babasının sənətini davam etdirməlidir. İllər ötdü, Müslüm babasının adını layiqincə, həm də çox dəyərlə yaşatdı. Onu bir daha ölməzliyə ucaltdı. Məşhur dirijorun nəvəsi elə bir bənzər səsə malik idi ki, dinləyən bir daha dinləyir, yol gedən onun səsini eşidəndə ayaq saxlayırdı. Allah onu xarici görünüşcə, bənzərsiz səslə mükafatlandırmışdı. Onun bənzərsiz səsi, səhnə qabilliyyəti, istedadı hər kəsdən seçilirdi. Dövrünün və bu günümüzün ən məhşur və unudulmaz bir sənətkarıdır Müslüm Maqomayev. O öz bənzərsiz, bariton səsi ilə istər yaşlı, nəslin istər gənc nəslin diqqətini çəkirdi. Bu gün bu xəbəri hazırlamaqda məqsədim Müslüm Maqomayev sənətinə verdiyim dəyərdir. Onun bir çox mahnılarını sevə-sevə dinləyirəm hər zaman. Dahilərdən, dəyər verdiyim sənətkarlardan da biri məhz Müslüm Maqomayevdir. Maraqlıdır, ondan hər dəfə soruşanda əslin, kökün, özün haralısan fəxrlə deyib: Azərbaycanlıyam! Çünki o əslinə, kökünə dayanaraq deyib bu sözü. Onlar əslən Azərbaycanın gözəl guşələrində biri olan Qax rayonunun İlisu kəndindən olublar. Məhz elə buna görə də o özünü daima azərbaycanlı hiss edib, Bakıda doğulub, boya-başa çatıb və uşaq hafizəsindən bunlar heç vaxt silinməyib. Onun Azərbaycana verdiyi dəyər sonsuz idi. Azərbaycan sevgisi ilə döyünən bir ürək 2008-ci il oktyabrın 25-də ürək xəstəliyindən bu dünyaya vida etdi. 2008-ci il 28-oktyabrda Moskvada Çaykovski adına konsert zalında, 29-oktyabrda isə Azərbaycan Dövlət Filarmoniyasında onu sevənlər Müslim Maqomayevlə adına layiqli bir şəkildə vidalaşdılar. Onun tabutunu həmişə fəxrlə, böyük ürəklə oxuduğu "Azərbaycan" mahnısı ilə qaldırdılar. Onu Bakıda Fəxri Xiyabanda öz babasının yanında dəfn etdilər, bu onun vəsiyyəti idi. Onunla vidalaşmağa minlərlə insan gəlmişdi. Müslim Maqomayev bu dünyadan köçüb əbədiyyətə qovuşdu, lakin sevənlərinin qəlbində daima yaşayıb, yaşayır, yaşayacaq! Bu gün sizlərə ən çox sevdiyim mahnılarını təqdim edəcəyəm. Mən onu dinləyirəm, unutmuram, heç zaman da unutmayacağam. Onun sənəti qarşısında baş əyirəm!

 

Atası Məhəmməd Maqomayev 1916-cı ildə Bakıda doğulmuşdur. O, çox səxavətli, təmkinli və mehriban bir insan olub. Onun musiqi savadı olmamasına baxmayaraq o royalda çox gözəl ifa edib, hətta gözəl rəqs etməyi bacarırmış. Atasının davamçısı olub incəsənətlə məşğul olmaq arzusunda olub, buna daima cəhd edib. O çox gözəl kinorəssam olub. Lakin sərt müharibə onun bütün arzularını qəlbində qoydu, o bütün bunları arxada qoyub müharibəyə yolda düşdü. O, müharibədə böyük serjant adı ilə fədakarcasına vuruşub, amansız əcəl qələbəyə az qalmış 24-aprel 1945-ci ildə onu öz ağuşuna çəkib. Bu xəbəri balaca Müslümdən uzun müddət gizlədiblər, sonralar böyüyüb həyatı anlayandan sonra hər şeyi öyrənib, əzab çəkdiyi qədər də atasıyla həmişə fəxr edib. 
Anası Ayşət Kinjalova Əhməd qızı 1921-ci il 19 noyabrda Maykopda doğulmuşdur, orda boya-başa çatmışdır. Atası türk anası adıgey qızı olub. Lakin Məhəmməd Maqomayevlə bir-birlərini sevdiklərinə görə O, sevgisi üçün, sevdiyi üçün öz doğma diyarından ayrılıb Bakıya gəldi və Bakıda ailə qurdular. Ayşət xanımın musiqi qabilliyəti, aktrisalıq istedadı olub. O Nalçikdə teatr təhsili almışdır. Bakıya gəldikdən az müddət sonra Məhəmməd onlardan ayrılıb müharibəyə getməli oldu. Ayşət xanım müharibənin bütün ağrı-acısına dözərək yoldaşının yolunu gözlədi. Lakin ölüm xəbərini alandan sonra yenidən Bakını tərk edib Maykopa qayıtdı. Daha sonra Murmansk şəhərinə köçüb sənətini teatrda davam etdirdi, orda yenidən ailə qurub iki övladı oldu. Ömrünün sonuna kimi orda yaşadı. 2003-cü ildə dünyasını dəyişib. 

Müslüm Maqomayevin məzarı

Müslüm Maqomayevin babası- bəstəkar, dirijor, pedaqoq, folklorçu, ictimai xadim Müslüm Maqomayev.


Sozləri:Nəbi Xəzrinin.
Musiqisi:Müslim Maqomayevindir.



Sözləri:Fikrət Qocanın
Musiqisi:Sevil Əliyevanındır.



Sözləri:Nizami Gəncəvinin
Musiqisi:Üzeyr Hacıbəyovundur.



Sözləri:Nizami Gəncəvinin
Musiqisi:Üzeyr Hacıbəyovundur.

19 aprel 2013
GO BACK