Qadin.NET / Dünyanın ən bahalı və lüks göydələni

Dünyanın ən bahalı və lüks göydələni

Dünyanın ən bahalı və lüks göydələni 

 Bu gün sizi dünyanın ən bahalı və lüks göydələni ilə tanış etmək istəyirəm. Bu inanılmaz göydələnin harada olmasını bilmək istəyirsinizmi?! Bu göydələn Monakoda yerləşir və tam 380 milyon dəyərində qiymətləndirilir. 49 mərtəbəli binanın əsas üstünlüyü onun ən son mərtəbəsində yerləşən gördüyünüz bu əsrarəngiz mənzərəyə açılan hovuzudur. Dünyanın ən bahalı evlərinin sıralandığı siyahıda 94 şəhər arasında Monako bu göydələnin qiymətinə görə ilk sırada yer alıb. Siyahıda London, Paris, Nyu-York, Tokio, Moskva, Sinqapur kimi şəhərlər ilk pillələrdə yer alıb. Bu bina hələ rəsmi olaraq satışa çıxarılmayıb. Binanın ən son mərtəbəsində tikilən  əsrarəngiz hovuz dəniz səviyyəsindən 152 metr yüksəklikdə yerləşir. Bildiyiniz kimi belə bir yüksəklikdə yerləşən hovuzun dünyada analoqu yoxdur. Beləliklə, bu göydələnin tikintisi tam olaraq başa çatdıqdan sonra rəsmi olaraq satışa çıxarıldıqda Londondakı 212 milyon dollarlıq Hayd Parkı geridə qoyacaq.    

Bu şəkildə gördüyünüz kimi hovuz ən son mərtəbədə inşa edilib və bu çox heyrətamiz bir hovuzdur. Buradan görünən mənzərə isə insanı lap heyran edir. Bir çox  varlı insanlar əsasən bu hovuza görə milyonlarla dollar xərcləməyə hazırdırlar. 

Dünyanın ən bahalı və lüks göydələni

Bu eyvandan açılan mənzərə üçün isə lap varlı  insanlar bütün xərclərə hazırdırlar.

Dünyanın ən bahalı və lüks göydələni

Bu yataq otağında  olan super komfort və oradan açılan mənzərə üçün insan lap nə qədər desən pul xərcləyər. 

Dünyanın ən bahalı və lüks göydələni

 Bu da istirahət otaqlarından birinin mənzərəsidir. Otaqdan açılan mənzərə olduqca  gözəldir. 

Dünyanın ən bahalı və lüks göydələni

Gördüyünüz bu şəkildə vanna otaqlarından biri görüntülənib. Burada inşa edilən materiallar olduqca qiymətli firmaların markalarındandır. 

Dünyanın ən bahalı və lüks göydələni

Bu isə binanın daxili hissələrindəki hovuzlarından biridir.  Bu hovuzun tikintisinə də yüksək səviyyəli materiallardan istifadə edilib. 

Dünyanın ən bahalı və lüks göydələni

Binanın helokopterlə çəkilən mənzərəli şəkli də bu binanın inşaatçılarının ali dərəcəli inşaatçılar olmasından xəbər verir. 

 Əziz xanımlar, bu xəbəri hazırlamaqda məqsədim sizləri çox zövqlü və bahalı göydələnlə tanış etmək idi. Ümid edirəm ki, dünyanın bu bahalı və lüks binasını siz də bəyəndiniz. 

15 aprel 2013
GO BACK