Qadin.NET / Dahilərdən gözəl sözlər - 8

Dahilərdən gözəl sözlər - 8

Dahilərdən gözəl sözlər - 8

Arının evini yıxan, balın şirinliyidir. Nizami Gəncəvi

***

Suyun dəyəri, quyu quruyarkən bilinər. (Thomas Fuller)

***

Əgər çox danışmaq faydalı olsaydı, Allah iki ağız, bir qulaq verərdi. Ona görə də az danışıb, çox dinləmək lazımdır. (Can Yücəl)

***

Uğurun dörd şərti: bilmək, istəmək, cəsarət etmək və susmaqdır. (Alex Munthe)

***

Gözləməyi bilənin, hər şeyi ayağına gələr.  (Balzak)

***

Övladına kiçik şeylərdən zövq almağı öyrədən şəxs ona böyük bir sərvət buraxmış olar.  (Gilson)

***

Əlində çəkic olan insan, hər şeyi mismar kimi görər.  (Abraham Harold)

***

Kölgəsiz xoşbəxtlik olmaz, günəşdə belə ləkə var. (Konfutsi)

***

Ruhu öldürmək, cismi öldürməkdən daha böyük bir cinayətdir. (Gerhart Hauptman)

***

Kölgə doğuşunu işığa borcludur. (Con Gay)

***

Alın təri ilə islanan torpaq qurumaz. (İbrahim Olcaytu)

*** 

Sevgi bütün səhvləri bağışlayar, ancaq sevgiyə edilən səhvləri bağışlamaz. (Balzak)

***

Müharibə zamanı qanunlar susar. (Lukan) 

***

Bir şəxs aşiq olduqda, ilk başda özünü, sonda isə başqalarını aldadır. (Oskar Wild)

***

Kim ki, heç nəyi bilmir, o hər şeyə inanır. (Höte)

***

Gözəl qadınlar iki dəfə ölür. (Pier Buast)

***

Mən heç vaxt gələcək haqqında düşünmürəm,çünki o tez gəlir. (Enştein)

***

Qocalığa hörmət et, çünki bu əsl gələcəkdir. (Mixail Qenin)

***

Zaman ən yaxşı müəllimdir-amma təəssüf ki, o bütün şagirdlərini öldürür. (Berlioz)

***

Qadını aşiq olarkən görməyən insan, qadının kim olduğunu bilə bilməz. (Höte)

 


17 aprel 2013
GO BACK