Qadin.NET / Bölgələrimizin mətbəxi - Naxçıvan MR

Bölgələrimizin mətbəxi - Naxçıvan MR

Azərbaycanımızın ayrılmaz parçası Naxçıvan Muxtar Respublikasıdır. Həm təbiəti, həm memarlıq abidələri ilə çox zəngin olan Naxçıvan mineral sular Sirab, badamlı kimi mineral suların məskənidir. Naxçıvan mətbəxi mineral suları qədər zəngindir. Digər bölgələrdən fərqli olaraq burda ət bol yağda qovrulur və qış fəsli ərzində istifadə olunur. Hər zaman olduğu kimi ilk öncə yeməklərdən başlayaq.

Əriştə aşı

Lobya suda isladılır. Daha sonra suda bişiririk. Oçağa su qoyub ələyəzi (göyərtidir), baş soğanı, alça tuşusunu, lobyanı, "Bizim Tarla" tomat pastasını və qış üçün tədrük gördüyümüz (yuxarıda qeyd etdiyim yağda qovrulmuş ət) qovrulmuş əti əlavə edirik. Bu ərzaqlar bişdikdən sonra əriştəni, duz və istiot əlavə edib 10 dəq. qaynadıqdan sonra ocaqdan götürürük.

Küftə

Az yağlı əti, baş soğanı və əvvəlcədən qaynadılmış ləpəni ət çəkən maşından keçirirk. Üzərinə yumru düyü, yumurta, mərzə turşusu, duz, istiot, sarıkök və nanə qurusu əlavə edib qarışdırırıq. Küftələri hazırlayıb arasına alça qurusu qoyuruq. Qazanda soğanı qovurub üzərinə "Bizim Tarla" tomat pastası və su əlavə edib qaynadırıq. Qaynayan suya küftələri astaca əlavə edirik.

Məşhur Ordubad qayğanağı

Bölgələrimizin mətbəxi - Naxçıvan MR

10-12 ədə yumurtanı mikserlə yaxşıca çalırsan. 0.5 lt. yağı qazana əlavə edib ocaqda qızdırılır.  Yumurta qızğın yağa əlavə olunur və qarışdırılır.  Yumurtanin alt üzü bişdikdən sonra çeviririk. Üst üzü bişdikdən sonra qayğanağı çıxarıb düz qaba qoyuruq. Baldan hazırladığımız soyuq şərbəti qayğanağın üzərinə əlavə edirik.

Naxçıvanda çörəksiz süfrə təsəvvür etmək mümkün deyil. Elə buna görədir ki, çörəyin çeşidli növləri var: kağız kimi incə təndir lavaşı, qalın, dəstana, kömbə və s. 

Saçda lavaş

Bölgələrimizin mətbəxi - Naxçıvan MR

Arzuman küftəsi

Çölmək pitisi

Bölgələrimizin mətbəxi - Naxçıvan MR

Parça bozbaş 

Bölgələrimizin mətbəxi - Naxçıvan MR

Xaş

Umac aşı

Bölgələrimizin mətbəxi - Naxçıvan MR

Qarpız mürəbbəsi 

Bölgələrimizin mətbəxi - Naxçıvan MR

Ayran

Bölgələrimizin mətbəxi - Naxçıvan MR

Naxçıvanda ayran bütün süfrələri bəzəyir. Xüsusi ilə yay aylarında.

Ayran - yerli  qatıq, çeşmə suyu, duz, istiot, şüyüd, məzrə, göy soğan, qızıl gül (qurusu) və gülbəsərdən(xiyar) ibarətdir.

Ovdux

Qozlu Ordubad dürməyi 

Bölgələrimizin mətbəxi - Naxçıvan MR

      Kərə yağı xama ilə qarışdırılır və üzərinə un töküb xəmir yoğrulur. İçlik üçün qoz ləpəsini tavada qovrub, ətçəkən maşından keçiririk. Qozun üzərinə şəkər tozu, bal və ədviyyat qatılıb qarışdırırıq. Xəmir paylara bölünüb 3-4 mm qalınlıqda yayılır. Yayılmış xəmir üzərinə  içlik qoyulur və xəmir rulet formasına salınır. Üzərinə yumurta sarısı sürtülür və sobada bişirilir.

Naxçıvan paxlavası

http://qadin.net/index.php?newsid=6110

Nazık

 Soğanı ət maşınından keçirib, suyunu sıxıb, bol yağda qovururuq. Üzərinə üyüdülmüş qoz, un (umac şəklində), duz, istiot əlavə edib yağda qovururuq. Xəmir üçün yumurta, süd, yağ, maya, xama və un əlavə edib yoğururuq. Xəmir mayalandıqdan sonra şəkərburadan bir az böyük kündələr edib içliyi qoyuruq.

Naxçıvanın əvəzolunmaz mətbəxinə aid "Naxçıvan mətbəxi" adlı kitab mövcüddur.

 Bölgələrimizin mətbəxi - Naxçıvan MR

Əgər bilmədiyim, əlavə etmədiyim hansısa yemək varsa, üzürlü sayın. Xəbəri hazırlamaqda köməklik etdiyi üçün Sərras  xanıma təşəkkürümü bildirirəm.  

P.S. Sizlərdən də öz bölgənizə aid olan yeməkləri mənə təqdim etməyinizi xahiş edirəm. Ola bilsin ki, mənim də bilmədiklərim olar, sizlərdən öyrənərəm. Öncədən təşəkkür edirəm.

18 aprel 2013
GO BACK