Qadin.NET / "Santa-Barbara" - nostalji hisslər

"Santa-Barbara" - nostalji hisslər

"Santa-Barbara" - nostalji hisslər

Santa-Barbara dedikdə yəqin ki, çox az adamın ağlına Kaliforniya ştatında yerləşən romantik şəhər gəlir. Əksinə, çoxu sonu bilinməyən serialı xatırlayır. Serialı yada salarkən ağla gələn ilk sual onun hansı səbəbdən o qədər məşhur olmasıdır. Serial ana vətəni Amerikadan daha çox bəlkə də, Rusiyada sevilir və izlənirdi. Bunun da özünəməxsus səbəbləri var idi. İlk növbədə indinin heç nəyi bəyənməyən, kaprizli tamaşaçısından fərqli olaraq o zamanın tamaşaçısını cəlb etmək, marağını çəkmək elə də çətin deyildi. Buna bir də heç vaxt bitməyən intiriqalı hadisələr, səngiməyən həyəcan, romantik sevgi və zəngin insanların elit yaşayış tərzinin təsviri əlavə olunursa o zaman izləyicini ekrara kilitləmək elə də çətin olmamışdı. 

"Santa-Barbara" - nostalji hisslər
"Santa-Barbara" - nostalji hisslər
“ Santa- Barbara”nın ər-arvad cütlüyü olan ssenaristləri doğru zamanda düzgün biznes qurmuşdular...    
Serial o qədər uzun çəkdi ki,( 1984-1993) tamaşaçılarda belə bir təəssürat yaranmışdı , o heç bir zaman bitməyəcək. Hələ də məlum deyil, görəsən elə bir adam varmı, o serialın ilk seriasından son seriasına qədər baxsın? Bu o qədər də mümkün görünmür çünki hətta aktyorların özü belə serialda mütəmadı çəkilmirdilər. Məsələn tək Sisi rolunu canlandıran aktyor 6, Meyson 7, Kelli 2 dəfə dəyişmişdi.
"Santa-Barbara" - nostalji hisslər

Obrazın  yaşlanma prinsipi ilə götürsək bu normal idi. Meysonun uşaqlıq rolunu isə indilərin ən məşhur aktyorlarından biri, çoxlarının sevimlisi Leonardo Di Caprio canlandırmışdı.Serialın sujeti nədən gedirdi? Və ümumiyyətlə sujet var idimi? Kimsə o ssenarini danışmağa cəhd etsə günlərlə bu işə vaxt sərf eləməli olar, çünki “Santa-Barbara” 2137 seriyadan ibarət olub, davamlılığı 66 gün 18 saat 45 dəqiqə çəkib. Kaliforniyanın kiçik şəhəri Santa-Barbarada yaşayan 4 ailənin ətrafinda baş verənlərdən bəhs edən serialda hadisələr Kapvellərin böyük oğlu Channingin qətli ilə başlayır.

Dedektiv Kruzun da ailəyə daxil olması, Edenla tanışlığı məhz bu səbəblə olur. İstintaqla yanaşı Kapvellərin qızı ilə yaxınlığı yaranan Kruz, bu münasibətə görə həm öz, həm də Edenin valideyinləri tərəfindən təziq görür 

"Santa-Barbara" - nostalji hisslər
"Santa-Barbara" - nostalji hisslər
Bir tərəfdən də qətl işinin Edenın anası Sofiya ilə əlaqələnməsi bu münasibəti bir az da gərginləşdirir. Lakin fərqli həyat statuslarına malik olan Kruz və Eden bütün maneələrə bamayaraq bir-birini sevməkdən vaz keçmirlər. 
"Santa-Barbara" - nostalji hisslər
Digər xətlərlə də zənginləşən serialın mövzusu uzandıca uzandı nəticədə sonu məlum olmadan bitdi. “Santa-Barbara”da böyük kollektiv
fəaliyyət göstərirdi. Onların hamısı haqqında məlumat toplamaq mümkün olmasa da əsas qəhrəmanların sonrakı taleyindən nəsə öyrənə bildim. A. Martinez- (Cruz Castillo) 1948-də doğulub. Əsl adı Adolf idi,amma o bunu məlum adaşına görə israrla gizlətməyə cəhd edirdi. Kruzun obrazı o zamanlar qadınlar üçün əsl kişi tipi idi. 
"Santa-Barbara" - nostalji hisslər
Cəsarətli, şərəfli, qürurlu, romantiq, sadiq və karizmatik müstəntiq Kruz. Baş rol ifaçısı olaraq serilada ən çox çəkilən də Martinez olub. “Santa-Barbara" üçün seçiləndə isə Los-Ancelesdə Kaliforniya universitetinin teatr fakültəsində oxuyurdu.Bir vaxtlar Eden rolunun sahibi Marcy ilə sevgi macərası da yaşayıb. Axtarışlarım nəticəsində aktyorun ən son 2009-cu ildə verdiyi müsahibəsindən belə məlum olur ki, hazırda Kaliforniyanın Malibu şəhərində həyat yoldaşı Lesli və uşaqları ilə birlikdə sakit həyat tərzi yaşayır. 
"Santa-Barbara" - nostalji hisslər
"Santa-Barbara" - nostalji hisslər
Və istənilən valideyin kimi övladlarının gələcəyindən narahat olduğunu qeyd edir. İndi ona cinayət filmlərində kiçik rollarda rast gələ bilərsiz.
"Santa-Barbara" - nostalji hisslər
 Marcy Walker - (Eden Capwell Castillo) Bu aktrisa məşhur Amerika TV serilı olan  “Hamısı mənim uşaqlarımdır”dakı rolu ilə 1981-ci ildə öz fəaliyyətinə başlamışdır.
"Santa-Barbara" - nostalji hisslər
Üç il ərzində Marcy də bir çox aktirisalar kimi yeni rol üçün risk etmir.  Santa-Barbara”dakı Eden rolu ilə isə istədiyi uğuru yaxalayır. Daha sonralar- aktirisa serialda çəklişlərini dayandırandan sonra da digər rollardan imtina edib əvvəlki roluna qayıdır.  48 yaşlı  Marcy Walker beş dəfə evli olmuşdur  və ilk dörd nigahının heç biri iki il davam etməyib. Aktrisa son beşinci əri ilə on il birlikdə olub.

Lane Davies- (Mason Capwell) Kruzdan sonra serialın ən maraqlı kişi obrazı Meyson idi. “Santa-Barbara”dan əlavə Lane teatr və televiziya rollarında da həddindən artıq aktivlik göstərir və 53 rola imza atır. Meyson obrazı isə “Santa-Barbara”ya bir başqa ahəng verirdi.

"Santa-Barbara" - nostalji hisslər
Bir çoxları məhz Meysona görə o seriala baxırdılar. Meysonu 7 aktior canlandırsa da ən yaddaqalanı məhz Lanenin Meysonu oldu. 

Judith McConnell- (Sofiya Kapvell) haqqında məlumat azdır. Standart Amerikan gözəlçəsi taleyini yaşayıb, hansı ki 1965-ci ildə, 21 yaşındaykən doğma ştatının gözəllik müsabiqəsində iştirak edib.

"Santa-Barbara" - nostalji hisslər
Qalib olmasa da aktyorluq qabiliyyətinə görə mükafat alıb. Məhz bu, aktirisanı gələcək fəaliyyətinə həvəsləndirib. Onun Holluvud karyerası bəzi xırdalıqları nəzərə almasaq, ümumiyyətlə uğurlu alınıb. Hazırda aktirisanın arxivində 40-a qədər rol var. Təbii ki, onlardan ən yaddaqalanı Sofiya Kapvell rolu olub. Aktirisa demək olar ki, bütün serialarda iştirak edirdi. Buna görə də yaxşı qazanırdı. 90-cı illərdə artıq o, fasilə götürmüş və qızının tərbiyəsi ilə məşğul idi. Hazırda Judith McConnell televiziya reklamlarında çəkilməklə karyerasını davam etmiş sayılır. Qeyd edim ki, hazırkı şəkildə onun 65 yaşı var və heç bir estetik əməliyyat keçirməyib.
 Robin Mattson – ( Cenni Kapvell) seriladakı ən maraqlı qadın rolllarından biri də Robin Mattsonun canlandırdığı Cenni Kapvell obrazı idi.
"Santa-Barbara" - nostalji hisslər
Gözlənilmədən ən intiriqalı hadisələrin altından çıxan Cenni həmişə özgələrinə aid olan işlərlə maraqlanır, serialın ən darıxdırıcı səhnələrinə belə rəng qatırdı. Serilanın 50% intiriqa xəttinin yükü Cenninin üzərinə düşürdü.  Aktirisa haqqında yazılası bir şey demək olar ki, yoxdur. Əsl serial aktirisası olan Robin son 30 ildə müxtəlif rollara çəkilib, lakin şübhəsiz ki, o rollardan ən mükəmməli Cenni obrazı olub. Aktirisa yemək hazırlamağı çox sevir, hətta özünün yemək reseptləri kitabını da dərc edib. 
 Todd McKee-(Ted Kapvell) Toddun şəkillərini tapmaq elə də asan iş deyil. Çünki aktyor hazırda demək olar ki heç bir rola çəkilmir.
"Santa-Barbara" - nostalji hisslər
Digər tərəfdən aktyor haqqında bəzi məlumatlar var ki, heç də birmənalı qarşılanmır. Az rast gəlinən şəkillərinin hamısında o, belə çıxır ki, qadınların deyil daha çox kişilərin xoşuna gəlməyə çalışır.
"Santa-Barbara" - nostalji hisslər
Harley Jane Kozak –(Meri Dyoval) Kozak o Amerikan aktirisalarındandır ki, əgər “Santa-Barbara” olmasaydı heç bir zaman məşhurlaşmazdı. Serialın ən diqqətçəkən qadın obrazlarından biri olan Meri öz rolunu bitirdikdən sonra “Santa-Barbaranın” reytinqi kəskin aşağı düşdü. Tamaşaçılar təkidlə yenidən Merini görmək istəyirdilər. O zaman ssenaristlər Kozakı yenidən serilala qayıtması üçün dilə tutmağa başladılar lakin o, imtina etdi, çünki artıq başqa serilada çəkilirdi. İki il sonra Kozak mələk Meri obrazı ilə cəmi bir serialıq da olsun geri qayıtdı. Aktirisalıq fəaliyyətini dayandırandan sonra Kozak yazıçılığa başladı və hazırda 4 kitab müəllifidir. 2005-ci ildə bu kitablardan biri Aqata Kristi adına mükafat da qazandı. Aktirisanın əsl adı Süzan Ceyn Kozakdır. İki dəfə ərdə olub və hazırda üç övlad tərbiyə edir. Robin Wright- (Kell Kapvell) heç şübhəsiz ki, “Santa-Barbara”da ən istedadlı heyət çalışırdı. Bəlkə də bu, kollektivin gənc və enerjili olmağından irəli gəlir. Robini də böyük kinoya gedən yolu məzh “Santa-Barbaradan” başlayır.
"Santa-Barbara" - nostalji hisslər
Robin Wright karyerasına 14 yaşındaykən model kimi başlamışdı. 18 yaşında serialın çəklişlərinə başlamış və artıq iki il sonra ən istedadlı gənc aktirisa olaraq mükafatını qazanmışdı. Bu 1986-cı ildə baş vermişdi. Serialdakı fəaliyyəti ondan 4 ilin aldı.1989-cu ildə isə artıq aktirisa çəklişləri dayandırmışdı. Elə bu vaxtlardan da o, məşhur aktyor Şonn Pennlə sevgi macərasına başlayır. 1996-cı ilə qədər davam edənmünasibət elə həmin il rəsmi nigaha dönür. Dəfələrlə boşanma cəhdlərinə baxmayaraq bu nigah hələ də qüvvədədir. 44 yaşlı aktirisanın Penndən iki övladı var. Robin haqqında bir maraqlı fakt da ondan ibarətdir ki, onun Texasda iki neft quyusu var.Uğurları ilə yanaşı serilada bəzi təzadlar da var idi. Məsələn ssenaristlərin kiçik rolları səbəbsiz yerə öldürmək xətti var idi ki, buna görə də lazımsı şəkildə ya zəlzələlər ya vampirlər uydururdular. Mütəmadi olaraq kimsə doğulur və kimsə ölürdü. Artistlər bir-birini əvəz edirdi. Bütün bunlara baxmayaraq “Santa-Barbara” öz janrında tarix yazmağı, könüllərdə nostalji  taxt qurmağı bacaran bir layihədir.
"Santa-Barbara" - nostalji hisslər
13 aprel 2013
GO BACK