Amerika Birləşmiş Ştatlarının elm adamları maraqlı bir araşdırmaya imza atıblar. Onların apardığı araşdırmalar nəticəsində aydın olub ki, qadınların gözəlliyinin ən diqqətə çarpan dövrü 30-35 yaş arasıdır.
Alimlərin fikrincə, qadınlarda yaşlanma əlamətləri 41 yaşında görünməyə başlayır. Onların gözəlliyi 53 yaşında sona çatır. Qadınlar 55 yaşından etibarən yaşlı qəbul edilir. 30-35 yaş arasındakı qadın yetkinliklə bərabər gözəlliyinin də zirvəsini yaşayır. 30 yaşına çatan qadınlar gənc qızlara nisbətən daha seksual və cazibədar olur. Gün keçdikcə qadının gözəlliyinə gözəllik qatılır, bu da "Qadın şərab kimidir" inancını təsdiqləyir. Bundan başqa, aparılan araşdırmalarda gözəlliyin görünüş qədər şəxsiyyətlə də əlaqəli olduğu açıqlanıb.
Kişilərdə isə vəziyyət bir az daha fərqlidir. Kişilər 34 yaşında daha yaraşıqlı və gözəl olur. Qadınlardan fərqli olaraq kişilərdə yaşlanma əlamətləri özünü 43 yaşında büruzə verir. Cazibədarlıqları 58 yaşında sona çatır. Onlar 59 yaşından etibarən yaşlı olaraq qəbul edilir.
Neçə yaşı olur-olsun, insan hər yaşda gözəldir. Çünki Allahın yaratdığı ən gözəl varlıqdır insan.