Qadin.NET / Pişiklər haqda bilmədiklərimiz

Pişiklər haqda bilmədiklərimiz

Dünyada  təxminən 500 milyon ev pişiyi var. Bunlar 33 fərqli irqdən törəyiblər.

Ən iri gövdəli pişik irqi Ragdoll, ən kiçik pişik irqi isə Singapuradır. Ragdoll cinsli erkək pişiklərin ağırlığı 5 kq ilə 9 kq, dişilərin ağırlığı isə 4.5 kq ilə 7 kq arasında dəyişir.

Singapura cinsinin erkəkləri təxminən 3 kq, dişiləri isə 2 kq ağırlıqda olur.

 

Orta hesabla bir pişik  ildə 2-3 dəfə hamiləlik keçirir və hər doğuşda 1-8 bala dünyaya gətirir. Məhsuldar həyatı dönəmində bir pişik 100 balaya sahib ola bilir.

1952-ci ildə ABŞ-da Texas ştatında Tabby adlı pişik  cinsi 18 yaşında son balasına sahib olmazdan qabaq dünyaya 420 bala pişik gətirdiyinə görə rekord qazanmışdır.

Tək bir cüt pişik və onların doğduqları bala pişiklər 7 il içində 420,000-ə qədər pişik dünyaya gətirə bilər. mocking

Pişiklər xüsusilə gecə ov edirlər. Ov zamanı ən böyük özəllikləri səbirli, təmkinli və sürətli olmasıdır. Yalnız qulaqlarının köməyilə siçan ovlayırlar. smile

Tam qaranlıqda pişiklər də görmür. Amma gözləri ən az işıqdan yararlana bilir. Gecə ov edən bir çox heyvanların gözlərində olduğu  kimi  pişiklərin gözlərində də ağ təbəqənin arxasında “tapetelum” deyilən bir hüceyrə təbəqə var. Ona görə pişiyin gözləri gecə parlayır. Bunu mən də təzə öyrənmiş oldum.  

Pişiklərin beynində rəngli görməni təmin edən sinir hüceyrələrinin olmadığı üçün hər yeri ağ-qara görməsi zənn edilmişdi. Amma son təcrübələr göstərdi ki,  pişiklərin beyni rəngi seçmə xüsusiyyətinə malikdir.

Çox uzaqlara aparılıb azdırılan bir pişiyin təkrar əvvəlki yerinə dönməsi tam mənasıyla açıqlanmamışdır. Yaxşı dırmaşır,sıçrayır və lazım olanda üzür. Balıq ovlayan pişiklər da var. Yüksək yerlərdən düşərkən tərs dönərək 4 ayağı üzərində dayana bilmə refleksi çox güclüdür. Bəzən yaralana da bilər. Son dərəcə təmizliyə riayət edir. biggrin

Pişiklər heyvanların əksəriyyətindən  daha çox yataraq enerjilərini qoruyur. Gündəlik yuxu müddəti dəyişkən olur, əsasən 12-16 saat arasında olur. Bəzi pişiklər günün 20 saatını yata bilir. feel 

Bir pişiyin  normal bədən istiliyi, 38 və 39 ° C  arasındadır (101 ve 102.2 ° F). 

Pişiklərin  bədənində 290 sümük ve 517 əzələ vardır, insanda isə bundan 24 ədəd az sümük var. Onların körpücük sümükləri olmadığından başları keçə biləcək hər yerdən keçirlər. 

  Pişiklər haqda bilmədiyimiz  maraqlı faktlar:

1. Bir pişiyi əzizləməyin  insanda qan təzyiqini aşağı salması  elmi olaraq sübut  edilmişdir. Yüksək qan təzyiqi xəstələri pişik saxlaya bilər. love 

2. Bir pişik digər bir pişiyə heç miyoldamaz. Bu səs pişiklərin insanlara ayırdıqları bir xitabdır. lol

3. Təxminən bir pişiyin həyatının 30 %-i tumarlanmaqla keçər.

4. Pişiklərin eşitməsi itlərdən və insanlardan da güclüdür.

5. Qaranlıqda insandan 6 dəfə artıq görə bilirlər. 

6. Hər 3 Amerikalıdan biri pişik saxlayır.

7. Bir pişiyin quyruğunun 1 sm-də 12 min tük var.

 

8. Pişiklər elektrik xətləri və kabellərlə oynamağı sevir.  Amma bu onlar üçün təhlükəli ola bilər. Ona görə evdə elektrik əşyalarını pişikdən uzaqda  saxlayın.

9. Pişiklərin bığları ətrafdakı hərəkətlərə qarşı çox həssasdır. Ani bir hərəkət bığları tərəfindən hiss edilir. 

 

 10. Bir bala pişiyin sağlam olması üçün ən azı 3 ay anası ilə qalması lazımdır. 

 11. Evdə yaşayan pişiklər  ev əşyalarının və öz əşyalarının (su, yemək qablarının, tualetlerinin) yerlərinin dəyişdirilməsini heç xoşlamazlar.

 12. Pişiklər, xüsusilə də bala pişiklər oyun oynamağı çox sevirlər.  yahoo

13. Pişiklər qadınlarla daha yaxşı yola gedir, çünki qadınların səsi daha incədir. love

 14. Orta hesabla 15-16 il yaşayırlar.

15. Normal bir ev pişiyi saatda 49.6 km qaça bilir. 

16. Öz hündürlüyündən 5 dəfə yüksəyə sıçraya bilir.

Gülmək istəyirsinizmi? biggrin Elə isə buyurun baxın.
 
Ümid edirəm heyvanlar haqqında olan bu xəbərimi də bəyəndiz. love 
12 may 2013
GO BACK