Göz boyamız və yaxud kirşanımız sınıb? Qəti atmağa cəhd göstərməyin. Bu xəbərimdə sizlərə sınmış göz boyasını və yaxud da kirşanımızı necə düzəldəcəyimizi yazacam. Bəzən çox sevdiyimiz kirşanımız, ənliyimiz və ya göz boyamız sınır.Belə hadisələrdə çox üzülürük və bu zaman nə edəcəyimizi bilməyib sevimli kosmetik vasitələrimizi atmağa məcbur qalırıq. Bələliklə bu yaxınlarda çox yaxşı bir məsləhət aldım. Yoxlamağa qərar verdim. Nəticəsini 100% alıb sizlərlə bölüşməyə qərar verdim. Çox asandlıqla təkrar edib və nəticəsində məmnun qalacağınıza əminəm. Şəkillərdə hər mərhələni asandlıqla izah etmişəm. Hər mərhələni düzgün yerinə yetirsəniz nəticədə yeni bir göz boyanız və yaxud da kirşanınız olacaq. Əgər 2-3 göz boyamız sınıbsa biz yeni bir rəng almaq isdəyiriksə rəngləri bir qabda cəmləşdirib bu üsülla yeni bir rəngdə göz boyası əldə edə bilərik.
Təmiz spirt
Salfet
Tibbi iynə
Qəpik
Mərhələ 1. Sınmış göz boyamızı bir yerə yığırıq.

Mərhələ 2. Göz boyamızı un halına gətirmək üçün əzirik.

Mərhələ 3. Təmiz spirti iynəyə doldururuq. Göz boyamızı isladırıq. Çox spirt tökmək qəti olmaz.7-8 damcı tökməliyik.

Mərhələ 5. Kistlə üzərini hamarlayırıq.

Mərhələ 6. Qəpiyi salfetə büküb göz boyamızın üzərinə basırıq, lakin yavaş-yavaş basmaq lazımdır.Möhkəm basmaq olmaz.
Mərhələ 7;Göz boyamızı səhərə qədər saxlayırıq və gülə-gülə istifadə etməyə başlayırıq.
Bu şəkildə hər bir mərhələ aydın şəkildə izah olunub.