Qadin.NET / Piroqların bəzədilməsi

Piroqların bəzədilməsi

 Əziz xanımlar, hər birimiz piroq hazırlayarkən gözəl görünsün deyə maraqlı və ya qeyri-adi ideyalar fikirləşirik. Bu dəfə sizlərə piroqların müxtəlif cür bəzədilməsini şəkillərlə təqdim edəcəyəm. Ümid edirəm ki, hər biriniz piroq hazırlayarkən sizlərə təqdim etdiyimdən daha gözəl ideyalar fikirləşib  yeni ideyalar kəşf edəcəksiniz .

 Əvvəlcə xəmir yayılıb formaya yerləşdirilir, kənarlarına forma vermək üçün şəkildə gördüyünüz kimi iki barmaq birləşib qıraq tərəfdən xəmirə yapışdırılır. İçəri tərəfdən bir barmaqla forma verərək gördüyünüz formanı əldə etmiş oluruq.

Birinci şəkildə six forma alınır.

İkinci şəkildə geniş forma alınır. 

 

Xəmir yayılıb kəsmək üçün kəsici ilə nazik lent formasında kəsilib piroqun üzəri zövqə görə bəzədilir.

 

 

Xəmirdən nazik lent formasında kəsib hörük forması verilərək piroqun qıraqları bəzədilir.

 

Xüsusi kiçik ölçülü fiqurlarla yayılmış xəmir üzərində formalar kəsilərək zövq və fantaziyanıza uyğun bəzək vurmaq mükündür.

 

Yaılmış xəmirdən kiçik yarpaqlar əldə edib piroqunuzu bəzəyə bilərsiniz.

 

 

Formaya yerləşdirilmiş piroqun qıraqlarına çay qaşığı ilə bəzək vurmaq olar.

 

 

Yayılmlş xəmirdən kiçik ürək fiqurları kəsilərək piroqun üzəri bəzədilir.

 



Digər formaları izləyib öz fantaziyanız və zövqünüzə uyğun piroqlarınızı bəzədilməsində istifadə edə bilərsiniz.

Yarpaq formasında kəsilmiş xəmirləri piroqun üstünə düzərək, yumurta sarısı vursanız, bişdikdən sonra payızda saralmış yarpaqlar kimi gözəl görünüşü olacaqdır.


Süfrələriniz bərəkətli olsun!
(tərcümə edilib) 
3 aprel 2013
GO BACK