Qadin.NET / Qeyri-adi içki reseptləri

Qeyri-adi içki reseptləri

Qeyri-adi içki reseptləri

Portağallı çay

25 qram portağal qabığı və 25 qram quru çay götürülərək 1 litr qaynar suya əlavə edilir.Sonra 50 qram portağal şirəsi qatılır və 10-15 dəqiqə dəmə qoyulur.

Ədviyyatlı çay

2 ədəd qərənfil, kiçik bir parça zəncəfil kökü götürülür və 0,5 litr suya əlavə edilir, qaynama həddinə gətirilir. Sonra odun üstündən götürülərək 3 çay qaşığı quru çay əlavə olunur, 5 dəqiqəliyə dəmə qoyulur və süzgəcdən keçirilir.

Südlü çay

1 xörək qaşığı quru çay və 1 çay qaşığı bal, 1 stəkan qaynar südə əlavə olunur və yaxşıca qarışdırlır.

Qeyri-adi içki reseptləri

Ballı çay

30 qram bal və 30 qram süd götürülərək 1 stəkan tünd çaya əlavə olunur. Sonra hamısı yaxşıca qarışdırılır və soyudulur.

İtburnu və üzümdən çay

1 xörək qaşığı təmiz kişmişi üzümü götürülür və 0,5 litr suya əlavə edilərək qaynadılır. Sonra soyudularaq süzgəcdən keçirilir və itburnu cövhəri əlavə olunur.

Moruq budaqlarından çay

Əvvəlcə tər moruq budaqları qurudulur.Sonra 1 xörək qaşığı xırdalanmış moruq budaqları 2 stəkan qaynar suya tökülür və 3 dəqiqə qaynadılır, cövhəri alınır. 

Kokteyllər

Desert kokteyl hazırlamaq üçün bütün komponentlər 5-8 C dərəcəyə kimi soyudulur. Mikserdə çalınır, süfrəyə verilərkən stəkana və ya qədəhə buz və konservləşdirilmiş meyvə yaxud giləmeyvə qoyulub, üstünə kokteyl tökülür. İçkinin həcmi 150-200 ml olur.

Р’adam kokteyli

Şokoladlı şərbət - 10 ml, şirin badam içkisi -90 ml, qazlı su - 250 ml, buz - 10 qr.

Ətirli kokteyl

Vanil şərbəti - 20 ml, gavalı şərbəti - 70 ml, qazlı su - 60 ml, buz - 10 qr, konservləşdirilmiş meyvə - 30 qr.

Kristal kokteyl

Şəkər şərbəti - 40 ml, çay dəmi - 60 ml, albalı və ya nar şirəsi - 50 ml, buz -10 qr.

Nağıl kokteyli

Moruq şərbəti - 20 ml, ərik şirəsi - 60 ml, üzüm şirəsi - 70 ml, buz - 10 qr, konservləşdirllmiş meyvə-giləmeyvə - 30 qr.

Sağlamlıq kokteyli

Alma şirəsi - 70 ml, limon şirəsi - 60 ml, bal -20 qr, buz -10 qr, limon-1 dilim(10 qr)

Sitrus kokteyli

Portağal şərbəti - 20 ml, limon şərbəti - 20 ml, qazlı su -110 ml, buz -10 qr, limon və ya portağal dilimi - 30 qr.

Şaftalı kokteyli

Şaftalı şirəsi - 30 ml, şəkər şərbəti - 30 ml, süd - 90 ml.

Şərq kokteyli

Ətirli şərbət - 10 ml, qəhvə şərbəti - 10 ml, nar şirəsi - 80 ml, qazlı su - 50 ml, buz - 50 qr.

27 mart 2013
GO BACK