Sizləri bir çox şirin ev heyvanı olan alman şpitsi cinsindən olan itlə tanış etmək istərdim.
Alman şpitsinin bir çox adları vardır. Bir çoxları bu itləri "Mişka" adlandırırlar. Bu cinsdən olan itlər 19-cu əsrdə Almaniyaya gətirilmişdir. Əvvəllər böyükləri, daha sonralar isə balaca növləri sevilib, daha çox satılmışdır.Şpitslərin 4 növü olur: böyük, orta, kiçik və mini spits. Nəzərinizə çatdırım kı, mini şpitslərin hündürlüyü 18-22 sm olur. Bu itlərin 3-4 rəngi olur.
Bu cür itlərə xüsusi baxım tələb olunur. Ayda 4 dəfə it üçün olan şampunlarla çimdirmək lazımdır. Gündə bir dəfə tüklərini daramaq, gəzdirmək və gəzməkdən qayıdandan sonra ayaqlarının altını yumaq, gözlərini təmizləmək lazımdır. Yeməklərini yaşına görə təyin edib almaq lazimdır. İtin dişləri hər gün diş fırçasiyla deyil, zoomağazalarda satılan dişləri bərkidən və təmizləyən itlər üçün hazırlanmış məhsullarla təmizlənməlidir.
Desəm ki, itlərin öz saç ustası olur, yəqin ki təəccüblənməzsiniz. İtlərin tükləri qeyri-adi və yaxud adi stildə kəsilir.
Bir çox itlərdə olduğu kimi, şpitslərin də həkim şəhadətnamələri və xarici pasportları olmalıdır.Tez-tez həkim müayinəsindən keçib lazımi peyvəndlər və müxtəlif vitaminlər vurulur. Və təbii ki, xəstələndiyi zaman veterinarın nəzarəti altında müalicə edilir.
Soyuq havalarda bu şirinlərə paltar geyindirmək olar. Onların tükləri onları qorusa da, çox soyuq havalarda xəstələnə bilərlər.
Bu itlərin qiyməti 1000-2000 $ arasındadır.