Murat Boz 7 Mart 1978-ci ildə anadan olub. 1999-cu ildə məzun olduqdan sonra Dövlət Konservatoriyasına qəbul olunub. Eyni zamanda həmin illərdə bir çox sənətçiyə albom və konsertlərində vokallıq edib. 2006-ci ildə "Aşkı bulamam ben" adlı sinqllə adını Türkiyəyə tanıdıb. Dərhal sonra ilk albomu olan "Maxim" işıq üzü görüb.
Albomunda olan "Özledim", "Sallana-sallana", "Gümbür-Gümbür" və "Hər şeyi yak" mahnılarına klip də hazırlayıb. Müxtəlif firmaların reklam üzü olan Murat Boz eyni zamanda piano, ney və skripkada ifa edə bilir. Ajda Pekkan, Emel Müftüoğlu, Aygün Kazımova, Nil Karaibrahimgil, Nilüfer, Shakiranın vokalçılığını etmişdir.
İkinci albomundan olan "Para Yok" klipi ilə də sevənlərinin rəğbətini qazanıb. "Özledim" mahnısına çəkdirdiyi klip ilə 2009-ci ilə damğasını vurdu. "İki medeni insan" mahnısının klipi üçün mahnının söz müəllifi və bəstəkarı olan Soner Sarıkabadayı ilə duetlə mahnının yeni versiyasını yaradıb. Eyni zamanda "Şans" adlı albomu "İlin albomu" seçilıb.
O, həm də Show TV-də yayımlanan "O səs Türkiyə" yarışmasında münsif kimi iştirak edib.