"Redd" qrupunun rəhbəri Doğan Duru tələbə olarkən qardaşı Günəş Duru ilə birgə qurduğu "Invictus Band" qrupu ilə uzun müddət İstanbulda müxtəlif məkanlarda konsertlər verib. 1996-cı ildə isə Berke Hatipoğlu ilə "Ten" qrupunu yaradıblar. Daha sonra Günəş Duru və Prinsip Hatipoğlunun daxil olmasıyla qrupun heyəti tamamlanıb. Bu qrupla 2002-ci ilə qədər İstanbulda müxtəlif barlarda səhnəyə çıxıblar. Daha sonralar qrupun adı dəyişdirilərək "Redd" qoyulub və 2000-2004 illərdə albom üçün işlərə başlayıblar.
Doğan Duru 1993-2000 illərdə İstanbul Universiteti Dövlət Konservatoriyasının opera fakültəsində bakalavr və magistr təhsilini tamamlayıb. Bu dövrlərdə İtaliyadanaldığı xüsusi dəvətlə Milana gedib və opera təhsilini orada davam etdirib. Carlos Del Boscoyla birlikdə opera çalışmalarına davam edib.
2001-ci ildə "Ripatransone Workshop"a qonaq sənətçi kimi dəvət edilib və bu orkestrlə İtalyanın cənub bölgəsində verdikləri konsertlərdə solist kimi çıxış edib. 2002-ci ildə xüsusi qabiliyyətli tələbələrə İtalyan hökuməti tərəfindən verilən təqaüdə layiq görülüb. Cüzeppe Verdi Konservatoriyasında opera ilə əlaqəli işlərini davam etdirib. Bu dövrlərdə Milanda konsertlər verib.
1996-cı ildən bu yana birlikdə çalışdığı, 2005-ci ildə "50/50" adlı ilk albomlarını çıxardığı "Redd" qrupu ilə işlərini davam etdirir.
Albomları:
"50/50" (2005)
"Kirli suyunda parıltılar" (2006)
"Plastik çiçekler ve böcek" (2008),
"Gecenin fişi yok" (2008),
"Prensesin uykusu" (2010)
"Hayat kaçık bir uykudur" (2012)
Albomlardakı mahnıların hamısının sözləri və musiqilərin böyük hissəsi Doğan Duruya aiddir. 2011-ci ildə Fox TV-də nümayiş etdirilən "Dərin sular" serialının musiqisini bəstələyən və sözlərini yazan Doğan Duru 2011-ci ildə də "Sentyabr" filminin musiqilərini yazıb.