Qadin.NET / Gözəl mənzərələr

Gözəl mənzərələr

 Bir neçə gün əvvəl şəkil axtararkən qarşıma müxtəlif şəkillər çıxdı. Onların arasında cürbəcür mənzərə şəkilləri var idi. Hər fəslin öz gözəlliyi var və bu şəkillər həmin gözəllikləri göz önünə sərir.Mənzərə şəkillərini məncə bəyənməyən olmaz.Bəyəndiyim mənzərələri seçib Qadın.net xanımlarına hədiyyə etmək qərarına gəldim...Buyurun baxın..

Gözəl mənzərələr

Füsunkar bir qış mənzərəsi.Ətrafda ağ rəngdən başqa bir rəng yoxdur.Ağ rəng insana sakitlik gətirir.Sanki hər yer ağ atlasdan don geyinib.

Gözəl mənzərələr

Şəhərin səs-küyündən bezsəniz də, bəzən kənardan durub şəhərin panoramasını seyr etmək insana zövq verir.

Gözəl mənzərələr

                   Göy üzü,dənizin suyu və sahil necə də təmizdir.İsti yay günlərində belə bir yerdə istirahət etməyi kim istəməz ki...

Gözəl mənzərələr

                  Ağacların arasından hündür göydələnlər necə də sakit görünür.Elə bil oralarda heç insan yaşamır.

Gözəl mənzərələr

               Bir tərəfdən sıldırım qayalı dağlar,digər tərəfdən isə üzü aşağıya doğru uzanan iynəyarpaqlı meşə... Xanmların çoxu bu mənzərəni seyr etmək istəyər yəqin ki.

Gözəl mənzərələr

Artıq yazdır.Ağaclar çiçək açır, hər tərəf al-əlvan rəngə bürünür.Yaşıl,sarı, çəhrayı,qırmızı rənglər ətrafı bəzəyir.

Gözəl mənzərələr
Rütubətli meşəyə bənzəyir.Amma pis mənzərə deyil. Uzaqdan azca çiskin görünür.
Gözəl mənzərələr
Sıx meşələrin arası ilə axan çay... Görəsən bu meşələrə insan ayağı dəyibmi?.
Gözəl mənzərələr
Şəhərin səs-küyündən və gərgin işdən yorulanlar belə bir evdə istirahət etmək istəməzlərmi?
Gözəl mənzərələr
Darıxdırıcı mənzərə olsa da, günəşin qürubunu seyr etmək istəyənlər var aramızda...
Gözəl mənzərələr
Gözəl mənzərədir. Sanki indicə yağış yağacaqmış kimi gəldi mənə...
7 aprel 2013
GO BACK