Qadin.NET / Plastik butulkadan hazırlanan gül

Plastik butulkadan hazırlanan gül

Bizə lazım olacaq:

 

Plastik butulka

 Ağ kağız

Marker

Qayçı

Şam

İstənilən boya

Muncuq

Yapışqan

 

Hazırlanması:

 

Əvvəlcə ağ kağız üzərində  3 bir-birindən fərqli  ölçüdə gül şəkli çəkirik, şəkildəki kimi.

 

 

Çəkdiyimiz şəkli qoyub, üzərinə plastik butulkanı kəsib, hamarlayıb markerlə gülün formasını veririk.

 

 

 

Çəkdiyimiz şəkilin istiqamətində qayçı ilə gülün ləçəklərin kəsirik.

 

 

Bu qayda ilə 3 ədəd bir-birindən fərqli ölçüdə ləçək kəsib, qıraqlarda qalan markeri silirik.

 

 

Şamı yandırırıq, gül ləçəklərinə şam istiliyində forma verərək düzəldirik. İstifadə etdiyiniz plastik çox nazik olmamalıdı.

 İstilik dəyərkən formasın itirməsin deyə, qalın plastik götürülsə daha yaxşı işləmək olar.

 

 

Ləçəklərin qıraqları qaralarsa silmək lazımdır ki, rəngləyən zaman yaxşı alınsın.

Ləçəkləri istədiyiniz rənglə, 2-3 dəfə rəngləyib quruduruq.

 

 

Gördüyünüz kimi bir-birindən fərqli ölçüdə ləçəklər hazırlamış olduq .

Ləçəkləri bir-birinin içinə yerləşdirərək gül forması verərək yapışqanla birləşdiririk.

 

 

Orta hissəsinə yapışkanla muncuqları düzürük.

 

 

Gördüyünüz kimi istənilən rəngdə güllərimiz hazırdır.

 

 

 

Zövqünüzə uyğun istənilən güldanı və ya əşyaları bəzəyə bilərsiniz.

 

Hər birinizə uğurlar!

 

(tərcümə edilib)

17 mart 2013
GO BACK