Qadin.NET / Fikus bitkisi

Fikus bitkisi

 

Abşeronda geniş yayılmış əncir ağacı ilə otaq şəraitində becərilən fikusun xarici gorünüşündə böyük fərq olsa da , onların əcdadı birdir.Hindistan cəngəlliklərində bitən tropik bitki sonralar Asiya , Avrasiya və Qərbi Afrikada  da yayılmışdır. Otaq bitkisi kimi tanıdığımız fikus öz vətənində çox nəhəng bitkidir. Fikus qələmlə çoxaldılır. Hər qələmin üzərində bir yarpaq və bir tumurcuq olmalıdır. Tez kök atması üçün qələmin əkilən ucunda bir-iki kəsik edilir, bir neçə saat ilıq suda saxladıqdan sonra onu dənəvər quma basdırılır və 23-25ºC temperaturu olan yerə qoyulur.

Fikus dəyişikliyi, çox yerdəyişməsini sevən bitki deyil, ona görə də evə gətirməzdən əvvəl onun daimi yeri barədə fikirləşmək lazımdır. Fikusun əkildikdən sonra yeri dəyişdirilməməlidir. Yay fəslində onu eyvana və ya təmiz hava olan yerə keçirmək olar. Fikus oktyabr və fevral aylarında sakitlik dövrü keçirir. Fikusun  yeri işıqlı, lakin gün işığından kölgəli  olmalıdır. Ətrafda tempraturun 18ºC-dən aşağı olmamasına nəzarət edilməli, mütəmadi yeri dəyişdirilməlidir. Yaşılyarpaqlı növlərini bir qədər günəş altına qoymaq olar. Yay fəslinda fikus üçün optimal temperatur 25-30ºC, qışda isə 16-20ºC-dir.

Fikus bitkisi

Bitkinin yaxşı qışlaması üçün isti və yaxşı işıqlandırılmış otaqda saxlanmalı, yelçəkəndə yerləşdirilməməlidir. Fikus yetərincə işıq almadıqda yarpaqlararası məsafələri böyümür, zəif boy atır və yarpaqları tez tökülməyə başlayır. Çünki bitki kəskin hava dəyişilmələrinə qarşı çox həssasdır. Satış məqsədilə fikusları əvvəlcə işıqda yetişdirir və satışa bir neçə ay qalmış onu kölgəli yerə keçirirlər. Fikus olan otağa lüminessent civə və ya natrium lampaları taxmaq lazımdır.

İstənilən növ fikusun suya olan təlabatı onun yaşından, vəziyyətindən və inkişaf fazasından, ilin fəslindən, bitdiyi torpağın xüsusiyətlərindən və s. asılıdır. Bitkini yenidən sulamaq lazım olub-olmadığıını bilmək üçün barmaq 2-3 sm bitkinin bitdiyi torpağa batırılır, əgər palçığa batarsa, onu sulamaq lazım deyil, əgər qurudursa, sulanmalıdır. Fikusu suladıqdan 30 dəqiqə sonra altına qoyulmuş qabı götürmək lazımdır. Otaqda fikusu parıldatmaq üçün onun yarpaqları pivə və su qarışığı süngərlə silinir. Yaxşı olar ki, yay fəslində  yarpaqlarına su püskürdəsiniz. Bunun üçün ilıq su  seçmək kifayətdir. Fikusun yarpaqları üzərində toz qatı heç də yaxşı görünmür, bunun üçün bitki hamam otağına aparılır və dibçəyin səthi sellofanla örtülür ki,  su tokülməsin. Bundan sonra yarpaqlar bir- bir təmiz su ilə yuyulur.

Fikus bitkisi

Orta ölçülü fikuslar üçün plastik və keramik  dibçəklər daha yaxşıdır. Fikusun yerləşdiyi dibçək hər il dəyişdirilib diametri əvvəklindən 2-3 sm böyük olanla əvəz edilir. Boyük ölçülü  fikusu isə  2-3 ildən bir diametri əvvəlkindən 3-4 sm boyük olan dibçəyə yerləşdirilir. Bitkinin qabını dəyişmək çətinlik törədirsə, torpağının üst qatı ildə və ya iki ildə bir dəfə dəyişdirilir. Fikusun gübrələnməsi yaz və ya yay aylarında həyata keçirilir. Gübrələmə 10-14 gün davam edir.

9 mart 2013
GO BACK