Qadin.NET / Fərqli çay içmək istərdinizmi?

Fərqli çay içmək istərdinizmi?

Fərqli çay içmək istərdinizmi?

Çay ağacının vətəni Çin hesab edilir. Məhz Çinlilər  yarpaqdan hazırlanmış həlim insan orqanizmi üçün xeyrli olduğunu görmüşlər və bu bitkini becərməyə başlamışlar. Qədimdə çinlilər onu 72 zəhərə qarşı dərman hesab ediblər. Yalnız çayı açıq rəngdə içmək daha xeyirlidir. Arıqladıcı təsiri də var. Bəzən qohumlarla keçmiş dostlarla sevdiklərimizlə bir arada olmaq üçün mükəmməl bəhanədi. İnsanı xoşbəxt edən sevdiklərinin yanında olmasıdır.

Öyrəşdiyimiz çay dadını fərqli halda içsək yaxşı olmazmı? 

Fərqli çay içmək istərdinizmi?

Darçınlı vanil çayı - 2-3 çay qaşığı qara çaya 1 çay qaşığı vanilli şəkər, bıçaq ucu qədər darçın və qaynar su əlavə edib 5-10 dəqiqəlik dəmə qoyun.

Mixək vanil və darçınlı zərif çay- 2 çay qaşığı çaya çay qaşığının ucunda vanil və darçın 3 ədəd mixək və qaynar su əlavə edib 10 dəqiqəlik dəmə qoyun. Limonla içilir.

İstiotlu ballı çay- 2 çay qaşığı quru çaya bıçaq ucu qədər qara istiot və qaynar su əlavə edib on dəqiqəlik dəmə qoyun. İki çay qaşığı bal elavə edib icə bilərsiniz. Bu çay həm də soyuqdəymə zamanı da xeyrlidir.

Zəncəfilli çay- İki çay qaşığı quru çaya bir çimdik zəncəfil və qaynar su əlavə edib dəmləyin. Hazır olduqdan sonra yenə yarım çimdik zəncəfil əlavə edib, qarışdırın. Xurma ilə çayınızı rahat içə bilərsiniz. 

Fərqli çay içmək istərdinizmi?

Zəncəfilli  darçınlı çay- 3 ədət mixək 1 çimdik zəncəfil 0,5 litr su əlavə edib qaynadın. Ətirli suyu 15-20 qr quru çayla dəmlədikdən sonra portağal şirəsi 30 qr səkər və yarım limonun suyu ilə qarışdırıb isidin və qəbul edin.

Zərif soyuq çay- 2 xörək qaşığı quru çay, 1 çay qaşığı zəncəfil bir çimdik darçın, 4 ədəd mixək, yarım çay qaşığı quru nanə, şəkər (isdəyinizə uyğun miqdarda) 3 ədəd limon suyu  buz. Quru çay və ədvaları dəmləyin. Dəmlədikdən sonra şəkər əlavə edib soyudun sonra limon suyu və 1 1.5 litr qazlı yaxud qazsız su əlavə edib içə bilərsiniz.

Bunları dəmlədikdən sonra əziz qadin. net  xanımları, tort və peçenyelərinizdən bişirib qonaq qəbul edə bilərsiniz.winked

12 mart 2013
GO BACK