Bu Mişeldir,artıq 1yaş 6 aylıqdır,sudan ve pişik dermanlarından qorxur,səhərlər məni namaz qılmaq üçün oyadan zəngli saatımdır.Yəni qapıda durub mən oyanınca saatlarla miyoldayır.Ön ayaqları qısadır deyə pilləkənləri qalxa bilmir,bir az əsəbi pişikdir ama çox şirindir,gülməlidir.Bacımın pişiyidir,sözə qulaq asmır,həmişə hər şeyin əksin edir.
Bu Popsidir,gözəl gözləri var,istərdim mənim gözlərim də bu rəngdə olsun.Sözə qulaq asandır,inana bilməzsiniz ama mənim mimikamdan hər şeyi anlayır,ən çox sevdiyi yemək ətdir amma tərəvəz yeməklərin və çörəyi də çox sevir,üstünə qışqıranda küsür,arxasın mənə çevirir,çağırıram gəlmir,gedib bir az onunla oynayandan sonra və gözəl sözlər deyəndən sonra mənimle barışır və ardımca gəlir.Özünə qulluq etməyi,təmiz görünməyi sevir və özünü sevdirməyi bacarır.Ən çox qonaqların ayaqqabıları ilə oynamağı sevir.Artıq 6 yaşı var.Mişel və Meninin atasıdır.Mənim pişiyimdir.Həyat yoldaşının adı Viskoz idi.Viskoz Mişel və Meninin anasıdır.Amma çox təəssüf ki indi bizimlə deyil((((
Bu Mişelin bacısı Menidir.Çox həyasız qızdır.Balkonda bu üç pişik üçün gözəl üç otaqlı ev düzəltmişəm ama orda qalmağı sevmirlər. Meni barmaqları ilə qapını açıb evə daxil olmağı və qaçıb mənim çarpayımın altında gizlənməyi və məni hirsləndirib qışqırtmağı çox sevir.Bu da qardaşı Mişel kimidir,yəni xasiyyətcə eynidirlər,ama Meni pisik dərmanlarından və çimməkdən qorxmur,onun digər adı Dəlisov Anastasiyadır.Məhləmizin