Qadin.NET / Kəlamlar

Kəlamlar

 

Kəlamlar

 

Bu xəbərimdə Sizləri hər bir düşüncəyə malik insanın ibrət götürə biləcəyi kəlamlarla tanış etmək istəyirəm: 

Əqidəsi düzgün olan adam ayrı-ayrı şəxslərin xətrindən ötrü Allah haqqında nahaq deməz.

Ən pis adam odur ki, İslam dininə yalnız öz şəxsi mənfəəti üçün qulluq edir və bu işdə başqalarının dövlətliliyindən istifadə edir.

Öz dili və danışığı ilə başqalarını daim təhqir edən adamın yeri ancaq cəhənnəmdir.

Əgər bütün gün ərzində başqasının ürəyini sındırmamısansa, deməli, sən İslam dininə qüvvət vermisən.

Yaxşı adam odur ki, öz düşmənlərindən intiqam almaq istədikdə qəzəbini unutsun və onun təqsirindən keçsin.

Qabaqcadan vəsiyyətini etmiş adam üçün ölüm asan olur.

Əgər iki şəxs öz aralarında bir-biriylə söhbət edirsə, sən onlara yaxınlaşma və söhbətlərinə də qarışma.

Özündən böyüklə söhbət edərkən həmişə hörmət və ehtiramla danış.

Bir dəfə Peyğəmbər (s.a.s.) Əliyə (r.a.) belə demişdir: «Ey Əli! Heç zaman çağrılmamış süfrədə oturma. Qonaq getdiyin evdə ailənin daxili söhbətlərinə qarışma».

Həqiqəti axtarmaq, Allaha yaxın olmaq deməkdir.

Bir adamı oxutmaq və ya sənət sahibi etmək nəzir vermək qədər savabdır.

Ata və ananın övladları qarşısında borcu – onlara düzgün tərbiyə verməkdir.

Övladların ata-ana qarşısında borcları - onların adlarını daim yüksək və təmiz saxlamaqdır.

Halal-haramı ayırd etmək, yoxsul qohumlara kömək etmək, başqa kasıblara əl tutmaq, başqalarına hörmət etmək və nəhayət, azadlıq əldə etmək üçün öyrənmək lazımdır.

Əqilsiz adamın dini də olmaz.

Öz zülmü və qorxusu ilə insanları özünə tabe etmək alçaqlıqdır.

4 mart 2013
GO BACK