Gözlüklərin insan həyatı üçün nə qədər əhəmiyyətli olduğunu izah etməyə ehtiyac yoxdur. Qeyd etmək lazımdır ki, belə gözlüklər, daha doğrusu təkgözlüklər (monoklar) zümrüdün və onun şəkildəyişmələri olan akvamaridinin və berillin nazik təbəqələrindən hazırlanırdı. Əlbəttə ki, belə gözlükləri ancaq olduqca varlı adamlar istifadə etmək imkanına malik idilər. Bütün qiymətli daşlar içərisində ən çox zümrüdə doymadan baxmaq olar. Başqa əşyalardan yorulmuş gözlərimizlə zümrüdə baxsaq, gözlərimiz dincələr. Müasir müalicə üsulları da bunu təsdiq edir. Adətən, həkimlər gözü xəstə olan şəxslərə yaşıl gözlükləri taxmağı məsləhət görürlər. Hətta Şərqdə belə bir inanc var idi ki, zümrüdə nəzər salan ilan kor olar.
Hazırda insanların müalicəsini və sümüklərinin sağlamlığını, digər əzalarının bütünlüyünü rentgen cihazları olmadan müəyyənləşdirmək qeyri-mümkündür. Daxili xəstəliklərin müalicəsi ancaq rentgenoqram alandan sonra başlayır. Rentgen şuaları vasitəsi ilə sümük qırılmalarını dəqiq izləmək olur, qara ciyər, öd kisəsində və sidik yolunda, dalaqda olan daşlar, qum müəyyənləşdirilir. Belə ki, digər metallardan fərqli olaraq zümrüdün tərkibində daxil olan berillium metalı, rentgen şuaları keçirir. Onun bu xasəsindən rentgenotexnikada istifadə olunur.
Berilliumlu kontrasiddən Avropada ilk dəfə cərrahiyyə ləvazimatı və alətlərinin, yayların və digər korroziyaya davamlı və yüksək möhkəmlik tələb edən materiallardan hazırlanan cihazların düzəldilməsində istifadə olunur. Diş protezlərinin hazırlanmasında da tərkibində xeyli miqdarda berillium olan tikonium adlanan ərintidən istifadə olunur.
Rusiyada zümrüdün olması faktı XV əsrdən məlumdur. Tarixdən bilirik ki, italiyalı zərgər Fransisk Assentin 1600-cü ildə rus çarı Boris Qodunov üçün iri, on karatlıq bir zümrüd cilalamışdır. Faktlara dayanaraq söylənilir ki, bu daş Uralda tapılmlş və tapılan birinci zümrüd daşı olmuşdur. İlk dəfə bu daşın akvamarin olduğunu zənn edirlər. Lakin daş üzərində işlədikcə daşın daha şəffaf, çəkisinin ağır olduğunu görürlər. Və beləliklə, zümrüd daşı bahalı daşlar siyahısına daxil edilir.
Akvamarin
Ümumiyyətlə, zümrüdün kəşf edildiyi tarixdən üzü bu yana aparılan təcrübələrə dayanaraq, bu daş haqqında gözəl sözlər deyilmişdir.
Nəsrəddin Tusi yazır: "Zümrüdü gəzdirən insan, pis yuxu görməz, dəli olmaz. O, ürəyə qüvvət verir. Doğumu asanlaşdırmaq üçün hamilə qadınlar boyunlarında zümrüd bağlayarlar". Zümrüd, berill, akvamarinin iri kristallarına Hindistanda, Malxaşda, Avstraliyada, Cənubu Afrikada və başqa yerlərdə rast olunur. Azərbaycanda isə berillin izlərinə Kəlbəcərdə, İstisu kurortundan üstdə çay qumlarında təsadüf edilmişdir.
Berillin