Qadin.NET / Bürclər və daşlar

Bürclər və daşlar

Qiymətli daşlar insanların həyatında böyük rol oynayır. Hər daşın özünəməxsus xüsiyyəti vardır. İnsanların anadan olduğu aydan asılı olaraq, zodiakın 12 işarəsi və onlara müvafiq məmulat və qiymətli daşlar aşağıdakı kimi paylanırlar.  

1. Yanvar ayına zodiakın keçi Oğlaq işarəsi təsadüf edir. Bu ayda anadan olmuş şəxslərin daşları qranat (andradit, qrossulyar daşları)  və qiasintı, sirkon mineralının qırmızı rəngli növüdür. Zərgər mağazalarında hər ki mineraldan qaşı olan üzüklərə tez-tez rast gəlinir. Qızıl çərçivəyə geydirilmiş bu daşlar nisbətən ucuz olur.

2. Fevral ayında dünyaya gəlmiş şəxslər ametist, aleksandrit (gündüz bir, axşam bir rəngə boyanan daşlar) və turmalin (Gədəbəydə, Gəncə çayının aşağı hövzəsində Qızılqaya-Üçtəpə deyilən yerdə , Ordubadda da var) qaşlı üzüklər gəzdirməlidirlər. Zodiakın işarəsi Dolçadır.

3. Mart ayı daşlarının ən qiymətlisi, nəcibi və sərti almazla yanaşı yəşəm və mərcandır. Zodiak işarəsi Balıqlar bürcüdür.

4. Aprel ayının işarəsi mavi daşlar - sapfir, lazurit, digər tərəfdən isə sarı rəngin bütün çalarlarından olan kəhrəbadır.  Zodiak işarəsi Qoçdur.

5. May ayında daşların işarəsi təbiətdə olduğu kimi yaşıla doğru dəyişir. Zodiakın işarəsi Buğa, daşlar isə zümrüd və müxtəlif kameyalardır.

6. İyun ayına Əkizlər bürcü təsadüf edir. Bu ayda anadan olmuş şəxslər nisbətən ucuz qiymətli daşlardan olan əqiq, malaxit və xalsedon qaşlı üzüklər taxmalıdırlar. Həmin daşlardan bilərzik və boyunbağıları da gəzdirə bilərlər.

7. İyul ayı Xərçəng bürcünə təsadüf edir. Həmin ayın daşı Amerika firuzəsi dağ bülluru və oniksdir. Büllur qab-qacaq, yaxud çil-çıraqlar ilin ən isti aylarında alınsa, daha məqsədəuyğundur. Belə ki, soyuq aylarda alınmış büllur ona lazımi xidmət olunmasa, yay aylarında çatlaya bilər. Yəqin ki, bir sıra evdar qadınlara billurun, ələxsus onun rəngli növlərini günəşin şualarının təsirindən çatlaması halları yaxşı tanışdır.

8. Avqust ayı ilin ən isti vaxtıdır və zodiakda bu ayın işarəsi Şirdir. Daşları isə serdolik ( qırmızı, narıncı yaxud qırmızımtıl sarı rəngli əqiq), ay daşı (rəngidəyişən çöl şpatı) və "pişik gözüdür".
9. Sentyabr ayı Qız bürcü ilə əlaqələndirilir. Həmin ayda dünyaya gələnlərin daşı mineralların ən incə və zərifi mirvaridir. İnci olmadıqda isə xrizolit (şəffaf yaşıl olivin) muncuqlardan, boyunbağı və bilərziklər daşımaq olar.
10. Oktyabr ayının zodiak işarəsi Tərəzi bürcüdür. Bu ayın qiymətli daşı opal və akvamarindir.
11. Noyabr ayında hərdən bir soyuqlar düşür. Yəqin ki, bu ayın zodiak işarəsinin Əqrəb olması təsadüfi deyildir. Noyabr ayının daşları topaz və kvarsdır. Qeyd edək ki, kvasın daxilən dumanlılığı  xatırladan tüstülü büllur növünə hərdən rauxtopaz deyilir. Ümumiyyətlə, bu daş içinə tüstü doldurulmuş şəffaf bülluru xatırladır.
12. Dekabr ayının zodiak işarəsi Oxatandır. Ayın daşları isə müxtəlif rənglidir. Şəffaf qırmızı, ləl (pubun), yaşıl rəngli xrizopraz və göy rəngli Nişapur firuzəsidir.
14 mart 2013
GO BACK