Əziz xanımlar, hər dəfə saçlarımızı hansı formaya salaq, necə edək ki, fərqli və gözəl görüntü əldə edək deyərək güzgü qarşısında saatlarımızı xərcləyirik. Odur ki, bu xəbərimdə bütün xanımlar üçün qısa zamanda hazırlaya biləcəyi saç düzümü təqdim edirəm. Saçlarımızda gül forması düzəldəcəyik. Əvvəlcə saçlar səliqə ilə daranır. Hansı istiqamətdə gül forması veriləcəksə, həmin istiqamət təyin olunur və 3 hissəyə ayrılıb hörülməyə başlanılır.
Hörüyü yarıda saxlayıb azca boşaldırıq( şəkildə gördüyünüz kimi).
Beləliklə hörüyü bu qayda ilə hörürük və gördüyünüz kimi hörüyümüz hazırdır.
Hörüyün başlandığı yerdə, gül forması verməklə bururuq və saç maşası ilə bərkidirik.
Gördüyünüz kimi gözəl saç görünüşü əldə eləmiş olduq .
Ümid edirəm ki,bəyəndiniz.
( tərcümə edilib )