Qadınlar bayramları səbirsizliklə gözləyirlər. Çünki onlara romantik və başdöndürən hədiyyələr verilməsini gözləyirlər. Lakin boynumuza almalıyıq ki, heç də bütün kişilər uğurlu seçim edə bilmirlər. Elə isə aşağıdakılara diqqət edək:
1. Əgər bayram gününü qeyri-adi etmək istəyirsinizsə, sevdiyiniz qadının nə arzuladığını (hətta bu kiçik arzusu olsa belə) həyata keçirməyə çalışın. Onun dediklərinə qulaq asın. O zaman mütləq onun arzulardan biriniz sezmiş olacaqsınız. Sevgiliniz səyahətə getmək istəyir? Heç kim sizi isti ölkələrdən birinə bahalı bilet almağa məcbur etmir. Bu, şəhər kənarına kiçik bir səyahət də ola bilər. Təki etdiyiniz səyahət qeyri-adi olsun.
2. Alınan güllər, konfetlər və açıqcalar qadına restorana getmək qədər sevinc bəxş edə bilər. Əsas bunların son anda alınması yox, öncədən düşünülməsidir. Açıqcada yazılmış gözəl sözlər, ürək formalı konfetlər və birinci görüşünüzdə ona verdiyiniz güllər qadını xoşbəxt edə bilər.
3. Yeri gəlmişkən, elə birinci görüşünüz haqqında danışaq. İstənilən qadın üçün sevdiyi şəxslə harada tanış olduğu və digər ilkləri yadda saxlamağı böyük sevincdir. Hər bir cütlüyün özünün xatirə yerləri var. Рћ yerlərdən birində gəzərkən kiçik bir kafeyə girmək əlamətdar günün ən yaxşı ssenarilərindən biridir.
4. Şamlar və musiqidən ibarət romantik bir gecə də ən yaxşı variantlardan biridir (bu, evdə də və ya restoranda da ola bilər).
5. Siz sevgi etirafı kimi ən ciddi addımı atmağa hazırsınızsa, inanın ki, bundan yaxşı fürsət tapmayacaqsınız. Sizin qarşınızda kifayət qədər imkan var ki, edəcəyiniz etiraf unudulmaz olsun. Qəzetdə elan, kiçik bir məktub və ya ürək formasında olan kulonu şampanla dolu bakalın içərisində yerləşdirmək ən yaxşı variantlardan biri ola bilər. Lakin bu sadalananlar heç də bütün variantlar deyil.
Qadınlara nə hədiyyə etmək olmaz?
1. Hər şeydən öncə qadına onun xarici görünüşündə olan çatışmazlıqla əlaqəli heç bir hədiyyə verməyin. Bu, şampun və ya hər hansı kosmetik vasitə ola bilər. Belə olan təqdirdə ən yaxşı halda ya qız sizə sözünü zarafatla çatdıra, ya da ki sizinlə bütün əlaqələri kəsə bilər.
2. İkinci ən mühüm xəbərdarlıq- heyvan hədiyyə etməyin. Təbii ki, burada istisnalar ola bilər. Bu, yalnız sevgilinizin bunu istədiyi hallara aid edilə bilər.
3. Qadınlara heç bir halda spirtli içki hədiyyə etməyin. Hətta bu içki dünyanın ən bahalı içkisi olsa da sizi onun qarşısında axmaq vəziyyətdə qoya bilər.
4. Ən sonuncu xəbərdarlıq isə qadına alt paltarı almaqla bağlıdır. Bu cür hədiyyəni Рѕ zaman etmək olar ki, sizin münasibətləriniz artıq kifayət qədər uzun müddət davam edir və tam ciddidir. Əks təqdirdə bununla yalnız qarşınızdakı xanımı təhqir edə bilərsiniz.