Qeyd etdiyimiz kimi, Şamaxı mütəkkəsindən başlayaq.
Mütəkkəni hazırlamaq üçün bizə un, yumurta, kərə yağı, süd, şəkər tozu, cem (ərik ola bilər), maya, Azərduz yodlu narın xörək duzu və vanil lazımdır.
Un, süd, maya və duz ilə xəmiri yoğurub acımağa qoyuruq. Xəmir acıdıqdan sonra nazik yayılır, üçkünc kəsilir. Cemi qoyub, büküb, sobada bişiririk. Daha ətraflı məlumat üçün Ləman xanımdan (Ləman_ Щ†Щ‚Ш±) xahiş edərik bişirsin, saytımıza yerləşdirsin, biz də daha ətraflı məlumat alaq.
Şirniyyatla başlamışıq, elə də davam edək.
Sucuq. Xatırladım ki, bu şirniyyat saytımızda dərc olunub.

http://qadin.net/index.php?newsid=14310
Keçək yeməklərə.
Şüyüd plov. Bu yaxınlarda saytımızda bu plov haqqında ətraflı məlumat alacaqsınız.

Şamaxı qutabı.

http://qadin.net/index.php?newsid=18750
Şamaxı qutabı.(Lavaşana)


sonda Şamaxının əvəzolunmaz kəsmiyi (şor da deyirlər).

Əgər bilmədiyim, əlavə etmədiyim hansısa yemək varsa, üzürlü sayın. Xəbəri hazırlamaqda şamaxılı kimi köməklik etdiyi üçün Ləman xanıma (Ləman_ Щ†Щ‚Ш±) təşəkkürümü bildirirəm.
P.S. Sizlərdən də öz bölgənizə aid olan yeməkləri mənə təqdim etməyinizi xahiş edirəm. Ola bilsin ki, mənim də bilmədiklərim olar,sizlərdən öyrənərəm. Öncədən təşəkkür edirəm.