İnsan zəkasının nələrə qadir olduğunu hamımız bilirik. Bir daha bunun şahidi olmaq istəyirsinizsə, xəbəri oxuyun.
Rəşad Abdullayev həmvətənimizdir. Onu Rusiyada gənc rəssam kimi tanıyırlar. Amma Rəşadın çox maraqlı bacarığı var.Belə ki, o, əlinə keçən əşyalardan maraqlı eskizlər yaradır. Şüşə, taxta,metal - fərqi yoxdur, gözünə dəyən əşyaları düzgün yığıb, üzərinə işıq salmaqla maraqlı şəkillər yaradır.Məncə, bunu hər kəs bacarmaz.Bunun üçün səbr və düşüncə vacibdir.
Digər maraqlı bacarıq gənc yapon rəssamı Riusuke Fukaoriyə məxsusdur.O, ilk baxışdan diri görünən, amma əslində ölü balıq balalarından gözəl əsərlər yaradır. Gəncin bu məşğuliyyəti azacıq acımazsızlıq olsa da, nəticədə hər bir evin interyerində gözoxşayan mənzərələr yaranır.
Növbəti əsər dünyanın ən məşhur bodi-art rəssamı Creyq Trasy tərəfindən yaradılıb.Vəhşi şir baxışlı əsər üç paltarsız qadının birləşməsindən və üzərlərində çəkilən rəsmdən yaradılıb.Bu möcüzəli əl işinin ömrü, çox təəssüf ki, az olub. Axı bodi-art rəsmləri müvvəqqətidir.
İnsan əlinin və düşüncəsinin xariqələr yaradılmasının bir daha şahidi oldum - Curtis Killon sayəsində.Curtis solmuş ağacları rəngləməklə onlara olduqca maraqlı görünüş verir.Məncə, Curtnisi adi rəssam deyil, təbiət dizayneri adlandırmaq düzgün olardı. Rəssam bu ağacların həyətlərə və bağçalara necə gözəllik verdiyini də xüsusu qeyd edib.