Qadin.NET / Almaz daşı haqqında

Almaz daşı haqqında

Quşların almaza olan meyli barədə inandırıcı amillər XIX əsrlərdə məlum olmuşdur. Cənubi Afrikada almazların istehsalının ilk günlərində həyətlərdə toyuq-cücə saxlayarlarmış. Quşlar almaz yataqlarında eşələnib, parlaq daşları udarlar.Cənubi  Afrikada almaz yataqlarınının fəhlə və qulluqçuları hər kəsilən quşun çinədanını diqqətlə yoxlayardılar ki, qiymətli kristalları götürsünlər. Sənədlərlə təsdiq olunub ki, almaz yatağı ərazisində vurulan bir göyərçinin çinədanından 5,5 karat olan 23 almaz tapılmışdır. XIX əsrin ikinci yarısında  rus qəzetlərində yumurta əvəzinə almaz "doğmuş" toyuqdan danışılırdı. Dənyeyən quşları çinədanı və boğazında almaz yataqları yaxınlığında daşların tapılması o qədər adi haldır ki, həmin sahələrin almaz olmayan çay dərələrində tək-tük almaz dənələrinin tapılmasını quşların fəaliyyəti ilə əlaqələndirilir.

 

 Artur Konan Doylun "Şerlok Xolmsın məcaraları" kitabında itmiş mavi almaz qazın çinədanından tapılır. Biz özümüz, hazırda bazar yaxud mağazadan alınmış toyuqları təmizləyərkən çox vaxt onların çinədanında şüşə parçalarına, parıltılı adi daşlara rast gəlirik. Ümumiyyətlə isə ev quşları parlaq şeylərə meyl göstərirlər.
Almazın təkmil kristalları massiv kiçikdənəvar aqreqatları çox güc tələb olunmadan parçalanır. Briliyantların növləşdirilməsi üçün istifadə olunan polad məqqaclardan istifadə etmək üçün müəyyən təcrübə lazımdır. Belə ki, onlardan kobud istifadə etdikdə mineralın dənələri ovula bilər, daşın iti kənarları qırılar. 

Almaz haqda olan rəvayətlərdə almazın sərtliyi xüsusi ilə qeyd olunurdu.  1815 -ci ilin Vaterloo döyüşündə məğlub olmuş imperator I Napaleon Bonapartın çadırına soxulan düşmən əsgərləri şahın " Regent" adlanan iri almaz və başqa briliyantlarını axtarıb tapırlar, əsgərlər məlum daşın sərtliyini nəzərə alaraq, kövrəkliyini başa düşməyərək hamısını vurub əzirlər. 
XVII-XVIII əsrlərdə almazların cilalanması işi ilə Hollandiya, İtaliya ustaları məşqul olurdu. Zəmanəmizin almazyonulma sənətində isə birinci yeri Belçika, İzrail tutur.
XVIII əsrə qədər dünyanın yeganə almaz çıxarılan ölkəsi Hindistan idi. Hind mühacirləri tərəfindən X əsrdə Borneo adasında almaz yataqları aşkar edilir. 1665-ci ildə Braziliyada almazlara rast gəlinmişdir. Maraqlı burasıdır ki, heç kəs bu daşın almaz olduğunu bilməmiş, qumar oynayarkən onlardan pul kimi, şərti vahid kimi istifadə etmişlər. On illər keçdikdən sonra, 1725-ci illərdə həmin daşların almaz olduğu müəyyənləşmişdir.
Almazlar əsrlər boyu qiymətli daş kimi hesab olunmuş, vaxt keçdikcə onlara forma verərək, briliyant hazırlanma sənəti inkişaf etdirilmişdir.

 

 

Almazları yonaraq forma vermək ideyası ilk dəfə 1456-cı ildə Bryuqqeli Lui fon Bergin ixtira etmişdir. Daşın üzlərinin çoxluğu işığı sındıraraq əks etdirmək qabiliyyəti daşın gözəlliyini daha da artırır.
Dünyada texniki və zərgərlik almazları istehsalına görə birinci yerdə Afrika qitəsi, ikinci yerdə Asiya, üçüncü yerdə isə Amerika tutur.

 

Dünyanın müxtəlif ölkələrinin mağazalarında çəkisi bir karatdan artıq olmayan briliyantlar vardır. Hərdən 5 və ya 10 karat briliyant qaşı olan üzük və boyunbağılarına da rast gəlmək olur ki, onlarında qiyməti on min dollarla ölçülür. Bu və daha yüksək karatlı briliyantı almaq isə miliyoner, miliyarder adamlara qismət olur.  Hərdən bu xöşbəxtlik artistlərə də qismət olur. cray

 

 

7 fevral 2013
GO BACK