Qadin.NET / Eşq dəryası

Eşq dəryası

 Eşq dəryası

  Şəmsi Təbrizi deyir:   Yetkinlik yaşına çatar-çatmaz eşq dəryasına qərq oldum. Bir ay heç nə yeyib-içmədim. 

Günlərin biri atam dedi:

-Oğlum, sənin bu halından  bir şey başa düşmürəm.bunun axırı necə olacaq? Belə davam etsə, özünü həlak edərsən. 

Ona belə cavab verdim:

-Ata, səninlə aramızda olan ata-oğul münasibətinin nəyə bənzədiyini bilirsənmi?  

Bir toyuğun altına bir qaz yumurtası qoyurlar. Vaxt gəlib yetişir, yumurtalardan cücələr çıxır.  Cücələr analarının arxasınca düşüb bir çay kənarına çatır.  

Qaz yumurtasından  olan cücə tez özünü suya salaraq  həvəslə üzməyə başlayır. Bunu görən ana toyuq təlaşa düşür. Nə qədər çırpınsa da, qaz balasını sudan çıxara bilmir.  Qaz balası isə üzməkdən zövq alar. Atacan, bax səninlə mənim aramdakı  fərq belədir..

Eşq dəryası

Eşqdir mehrabı uca göylərin, 

Eşqsiz ey dünya,  nədir  dəyərin?

***

Eşqin qulu ol ki, doğru yol budur,

Ariflər yanında, bil , eşq uludur.

***

Eşqsiz olsaydı xilqətin canı

Dirilik sarmazdı böyük cahanı.

***

Eşqsiz bir adam bir neydir qırıq,

Yüz canı olsa da, ölüdür artıq.

***

Eşqsiz bu dunya soyuq məzardır,

Ancaq eşq evində  rahatlıq vardır.

***

Eşqin yanğısından gözəl şey nə var?

Onsuz nə gül gülər, nə bulud ağlar. 

 

                                      Nizami Gəncəvi (Xosrov və Şirin)

5 fevral 2013
GO BACK