Qadin.NET / 2012-ci ilin ən çox satılan kitabları

2012-ci ilin ən çox satılan kitabları

Əziz istifadəçilər! Gəlin etiraf edək ki, internet həyatımıza daxil olandan bəri əksər insanların kitaba olan marağı kifayət qədər azalıb. Düşünürəm ki, hər gün bir saat və ya ən azı bir neçə dəqiqəmizi qiraətə sərf etsək heç də pis olmaz. Vaxtım olduqca mən də kitabxanaya gedirəm. Hal-hazırda evdə kitabxanadan götürdüyüm iki kitab var, birini artıq yarıyacan oxumuşam, digər  bir kitabı da kitab mağazasından almışam. Lakin əlimdə indi oxuduğum kitab müəllifi Robin Şarma olan “Ferrarisini satmış rahib”-dir. İnşallah yaxın günlərdə bu  kitab haqqında sizə məlumat vermək niyyətindəyəm. 

“Akademkitab” 2012-ci ildə ən çox satılan kitabları açıqlayıb. Buyurun tanış olun:

 

1.Elif Şafak “Aşk”

2.Orxan Pamuk “Məsumiyyət muzeyi”

3.Paulo Coelyo “11 dəqiqə”

 
4.Qurban Səid “Əli və Nino”

5. Paulo Coelyo “Kimyagər”

2012-ci ilin ən çox satılan kitabları

 

6. Xalid Hüseyni “Çərpələng uçuran”

7. Cecilia Ahern “P.S. Mən səni sevirəm!”

8. Qabriel Qarsia Markes “100 ilin tənhalığı”

9. Sinan Yağmur “Aşkın göz yaşları”

 
10. Çarlz Bukovski “Qadınlar”

 

2012-ci ilin ən çox satılan kitabları
Yeni kitablar:
Aqşın Yenisey "147 dənə sən"
Aqşin Yeniseyin sayca 3-cü kitabında son illərdə yazdığı və əvvəlki kitablarında çap olunmayan şeirləri də yer alıb.
Anna Qavalda "sadəcə birlikdə"
      Anna Qavalda dünyanın ən sevilən və əsərləri böyük həvəslə oxunan müəlliflərindən biridir. Onu “Fransız ədəbiyyatının ulduzu”, “Ədəbiyyat  fenomeni” də adlandırırlar. “Sadəcə birlikdə“ romanı məhəbbət, tənhalıq, həyat  və xöşbəxtlik haqqında çox dəyərli kitabdır. Hekayə baş rolda Odri Totunun çəkildiyi Klod Berrinin eyni adlı filminin əsasını təşkil edir.
Volter "Fanatizm"
Dahi Fransız maarifçisi-filosofu Volterin “Fanatizm” adlı seçilmiş əsərləri Araz Gündüzün tərcüməsində Azərbaycan dilində ilk dəfə nəşr  olunub. “Fanatizm” kitabı Volter yaradıcılığının yalnız kiçik bir hissəsidir, ancaq bu örnəkləri oxumaqla Volterin ruhunu duymaq mümkündür. Kitabın epiloqunda Volterin ölümündən keçən yüzüncü ildəki mərasimdə Viktor Hüqonun genişməzmunlu çıxışı verilib.
Bilmək maraqlıdır.
2012-ci ilin ən çox satılan kitabları
Hollandiyada “Atelier 010” studiyası qeyri-adi kitab rəfi hazırlayıb. “Bookroom” mütaliəni sevənlərin marağına səbəb olub.
21 mart 2013
GO BACK