Qadin.NET / Ürək fiqurunun toxunması

Ürək fiqurunun toxunması

     Əziz xanımlar, əl işlərinə həvəsli olduğum üçün sizə təsadüfən internetdən rastladığım bir videonu təqdim edirəm. Bu videoda adi hörgü sapı ilə ürək şəkilli fiqurun toxunma qaydası göstərilir.

Bizə lazım olanlar:

Qırmızı rəngli sap və milçə.

       Öncə 5-6 ədəd zəncir düzəldirik. Sonra zəncirlərin ucunu bərkidib dairəvi toxumağa başlayırıq. Dairəvi toxumağa başladıqda ilk ilməni çalışırıq zəncirinın üstünə dolamadan keçirək. Digər ilmələri normal qaydada toxuyuruq. Yarımdairə alınanda ortadakı ilməni iki dəfə başına dolayıb toxuyuruq ki, bir az uzun alınsın. Ondan sonra yenə əvvəlki qayda ilə davam edirik. Dairə tamamlananda axırıncı ilməni ilk ilmə kimi zəncirinın üstünə dolamadan keçiririk və hörgünü bitiririk. Daha aydın şəkildə aşağıdakı videoda baxa bilərsiniz. 

Buyurun, izləyin. 

Bu fiqurdan nə kimi istifadə etmək olar:

1. Saçınızda bəzək əşyası kimi

2. Müxəlif geyimlər üzərində və s.
Bu da ürəklərdən necə istifadə edəcəyinizə dair video.

 

11 aprel 2013
GO BACK