Qadin.NET / Qarpızın fərqli təqdimatı

Qarpızın fərqli təqdimatı

Əziz istifadəçilər, yay mövsümündə qarpızı süfrəyə adi qaydada təqdim etməkdən bezmisinizmi? Təqdimatınızın daha gözəl olmasını istəyirsinizmi? İndi qarpızın mövsümü olmasa da inanıram ki,bu xəbər marağınıza səbəb olacaqdır. O zaman buyurun izləyin!

                        Təmiz,ləkəsiz qarpız seçirik.Yuyub quruduruq. Şəkildə göstərildiyi kimi, düz ortadan, qalın dilim kəsirik.Amma diqqət edirik ki,dilimin hər tərəfi bərabər alınsın.

Qarpızın fərqli təqdimatı

                       Daha sonra kəsdiyimiz qarpız dilimini üçbucaq şəklində yenə hissələrə bölürük.Bu,sonradan qarpız dilimlərinin rahat yeyilməsi üçündür.Dilimləri  hər hansı bir hündür bir qabın içinə düzürük.Yerdə qalan qarpız hissələrinin içini yumru qaşıqla oyuruq.

Qarpızın fərqli təqdimatı

                     Alına bildiyi qədər kürəciklər düzəldirik.Dilimlərin lap dərinliyinə getmirik,çünki sonra kürəciklərin rəngi ağ ola bilər.

Qarpızın fərqli təqdimatı

            Ən sonda kürəcikləri qaba qoyduğumuz dilimlərin üzərinə düzüb, zövqümüzə görə bəzəyСЌРєСЌР» süfrəyə veririk.

Qarpızın fərqli təqdimatı

                                                                                    Nuş olsun!

1 mart 2013
GO BACK