Bu vertikal tikinti Braziliyada, Cotonduba adasında tikiləcək. Həm müşahidə qalası olacaq həm də 2016-cı ildə Olimpiada Oyunlarının keçirilməsi nəzərdə tutulan Rio De Janeiro şəhərinə hava və dəniz nəqliyyatı ilə gələn qonaqları qarşılama nişanəsi olacaq.
Layihə maketdə göründüyü kimi dəniz suyunu nasosla vurmaq üçün solo Enerji panelləri ilə gün ərzində günəş enerjisindən istifadə edəcək. Suyun hərəkəti həmçinin turbinlərin fırlanması və sistemin gecə vaxti enerji istehsal etməsi üçün də istifadə olunacaq.
2016 Olimpiada Qalasında Kafe, amfiteatr, auditoriya, maqazinlər və s. olacaq. Elektron liftlər qonaqları fantastik məzərəni görə bilmək üçün ən hündür mərtəbəyə qaldıracaq.