İnsanların sağlamlığında və təbiətin inkişafında böyük rol oynayan arıların elə növləri var ki, onları əsl "cinayətkar" adlandırmaq olar. Afrika arıları adlı bu növ getdikcə azğınlaşır, günü-gündən insanlara və heyvanlara hücum edirlər. Onlar dünyanın hər bir yerinə yayılıb. Bu canlılar haqqında müəyyən bir məlumat əldə etmək isə alimlərin həyatı bahasına başa gəlir.
Onlar haradan əmələ gəlib?
Genetik-alim Uorvik Kerr Braziliya arıçılarının tapşırığı ilə illik məhsullarını və gəlirlərini coxaltmaq üçün Afrikadan vəhşi arıları ölkəyə gətiriblər. Bu arılar yüksəkdən uçur, erkəndən gecəyə kimi işləyir, Braziliyaya gətirilmiş Avropa arılarından 2 dəfə bol bal verirlər. Amma Afrika arılarının ən böyük qüsuru onların qəddar, aqressiv, yüksək toksinli zəhərlərinin olmasıdır. Alim Uorvik bol məhsul əldə etmək üçün, "afrikalıları" Avropa arıları ilə cütləşdirərək , yeni bir növ əldə etdi. Bu növ Avropa arısından fərqli olaraq, 50% daha çox bal verməyə başladı. Çox təəssüf ki, bu növə vəhşi Afrika arılarının enerjisi, işgüzarlığı, cəldliyi ilə birgə onların aqressiyasıda ötürülmüşdü. Buna görədə Kerr onların yumurtalarının yerə düşməməsi üçün arıları xüsusi qutuda saxlayırdı.
Mister Kerrin qorxduğu başına gəldi. Həmin əraziyə yerli arıçılardan biri daxil olaraq, səhvən arılar olan qutunun ağzını açır, həmin dəqiqə 26 arı ailəsi azad olur. Həmin arıçı qorxusundan sirrini heç kimə açmır. Amma bir müddətdən sonra Braziliyada günü-gündən onlarla insan cəsədinin küçədən tapıldığını görən günahkar arıçı səhvini etiraf etməli olur. Amma nə fayda...