Qadin.NET / Mobil telefonlar haqqında bilmədiklərimiz

Mobil telefonlar haqqında bilmədiklərimiz

 

Mobil telefonlar haqqında bilmədiklərimiz

Bilirsinizmi ilk mobil telefonla danışan şəxs kimdir?-bu mobil telefonların ilk yaradıcısı  Motorola-DynaTAC kompaniyasının işçisi Martin Kuper olub.O,ilk zəngini 1973-cü ildə Nyu-York küçələrinin birində,AT&T şirkətindəki əməkdaşı Couclu Enceloya zəng edib,küçədən simsiz telefonla danışdığını bildirib.

BBC kanalında verdiyi müsahibəsində Martin Kuper,Couclu Encelunu rəqibi olduğunu və etdiyi ilk zəngiylə onun qəzəbləndirdiyini də qeyd edib. Ona görə ki, bu zamanlarda AT&T şirkətinin də bu cür bir telefon iС…tira etmək fikiri olmuşdur.

Bu telefonlar 10 il ərzində təkminləşdirilib, Motorola Dyna-TAC adı ilə satışa buraxılır. İlk satış qiyməti, çox baha-3999 ABŞ dolları olub. Müasir qiymət böhranını nəzərə alsaq, bu hardasa dövrümüzdə 9000 ABŞ dolları edir. Bu telefonla ''Uoull Strit'' filmində Qardon Qekko danışıb. 

Mobil telefonlar haqqında bilmədiklərimiz

 İlk smartfonlar;

İlk mobil telefonların yaranmasından hardasa 20 il sonra, 1993-cü ildə Floridada Wireless World şirkətinin mətbuat xidmətinin iclasında ilk smartfonlar diqqəti cəlb edir. Çəkisi 500 qr olan ilk smartfonların satış qiyməti 899 ABŞ dolları olub.

 

 

İlk smslər;

Mesajın hərf sayının 160 simvol olmasını ilk dəfə, mesajın telefonda yaradıcısı olan Fridxelm Xilbranda məxsusdur.

Onun fikirincə, hərf sayının 1 sms həcmində 160 simvol olması bəs edir. Bu həcm 1986-cı ildə qəbul edilib həyata keçirilib.

 

Mobil telefonlar haqqında bilmədiklərimiz

Təsadüfü zənglər;

Bu cür zənglər hər kəsdə ola bilər. Lakin, bəzi ölkələrdə bu zənglər böyük faciələrə səbəb olub. Belə ki, gün ərzində təsadüfən yanğınsöndürənlərə 200, təhlükəsiz xidməti olan 911-ə isə gələn zənglərin 70 faizi təsadüfü olub. Böyük Britaniyada 999 təhlükəsiz xidmətinə gün ərzində 11000 belə zənglər daxil olub. Niyə çox? -çünki, bu rəqəmlər telefon açarlananda da işləyirmiş. Məcburən təhlükəsizlik xidmətinin nömrəsi dəyişdirilib.

Mobil telefonlar haqqında bilmədiklərimiz

 

Ən bahalı telefon;

Hazırda dünyada ən bahalı telefonun qiyməti 5 milyona qədərdir. Adlanır-iPhone 4 ''Diamond Rose''. Onu, Britaniyalı zərgər Styort Xyoz düzəldib. Üzəri 100 karatadək 500 brilyant qaşla bəzədilib. Telefonu alana üstünə bir yaşıl brilyant hədiyyə edilir. 

Mobil telefonlar haqqında bilmədiklərimiz
19 yanvar 2013
GO BACK