Qadin.NET / Müdriklər demişlər (3-cü hissə)

Müdriklər demişlər (3-cü hissə)

 

 

Müdriklər demişlər (3-cü hissə)

 

"Bizi aldadan bizdən deyildir" (Məhəmməd peyğəmbər (s.ə.s))


"Müharibə siyasətçilərin dil ilə aça bilmədikləri düyünü diş ilə açmaq cəhdidir" (A.Bars)

 

"Vətənin bir qarışı qürbətin yüz baharından yaxşıdır" (Atalar sözü)

 

"Dəniz işlədikcə par-par parıldar.

Palçıq ocaq üstə bişir, daşlaşır.

Kimin ki qəlbində Vətən eşqi var, 

 Vətən torpağında vətəndaşlaşır" (Musa Cəlil)


"Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətlərin ünsiyyət yeri olmuşdur" (Heydər Əliyev)

 

"Kainatdakı ən kiçik zərrədə də Allahın varlığını görə bilərik. Bizim varlığımız da onun sayəsindədir" (İbn Sina)

 

"Din elə bir qüvvədir ki, Həzrəti Məhəmməd (s.ə.s) onun vasitəsilə dünyaya yeni bir yön verdi" (Napoleon)

 

 "Dost olmaq istəsən birisiylə sən, gərək söz anlayan bir dost seçəsən" (Nəsirəddin Tusi)

 

"Beynimizin qəbul edə bilməsi üçün əvvəlcə ürəyimizin inanması gərəkdir" (U.Ceyms)

 

"Bizi aldadan bizdən deyildir" (Məhəmməd peyğəmbər (s.ə.s))

 

"Şər adam qəsdən başqasına zərər vurmağa çalışar və özündən ləzzət alar" (Nəsirəddin Tusi)

 

"Çaxır içən ilə su içən heç vaxt eyni səviyyədə fikirləşə bilməz" (Demosfen)

 

"Ya Əli, dörd əməl hədər və artıqdır: doyduqdan sonra yemək; gündüz işığında çıraq yandırmaq; şoran torpağa toxum əkmək; qədirbilməzə yaxşılıq etmək"    (Məhəmməd peyğəmbər (s.ə.s.))

 

"Bir müsəlman digər müsəlmandan üç gündən artıq küsülü qalmamalıdır" (Məhəmməd peyğəmbər (s.ə.s.))

 

"Hərb məcburi və təxirəsalınmaz olmalıdır. Millətin taleyini müdafiə etmirsə, hərb bir cinayətdir"  (M.K.Atatürk)

 

"Kin ilə, sülh ilə sınanmış cahan, sülhündən xeyr olmuş, kinindən ziyan" (Nizami Gəncəvi)

 

"Dostluğu düşmənçiliyə çevirmək asan, düşmənçiliyi dostluğa çevirmək çətindir" (J.Kolbert)

 

"Müharibə həyatın qaçılmaz qanunudur. Sülh isə iki müharibə arasında qurulan xoşbəxtlik körpüsüdür" (Nitsşe) 


15 yanvar 2013
GO BACK