Ağaclarda yaşayan cücə meymun (ipək meymun) dünyanın ən kiçik meymunudur. Onlar ən çox 12 sm uzunluğa və 168 qram ağırlığa qədər böyüyə bilirlər.
Qalxan balıqları bala ikən dişidir, ancaq 5 yaşına gəldikləri zaman bir çoxu erkəyə çevrilir.
Dünyanın ən xoşagəlməz varlığı kimi tanınan damla balığının nəsli tükənmək üzrədir. Əti yeyilməyən, 25 santimetrə qədər uzana bilən, kədərli görünüşu olan bu varlıqlar dənizlərin 900 metr dərinliyində yaşayır. Buna görə də insanlar bu varlıqları çox görə bilmir.
Minoga petromyzontidae (ilanbalığı) dəyirmiağızlıların bir növüdür. Gördüyünüz vakuumvari ağzı ilə balığın bədəninə yapışıb onun möhtəviyyatını sorur.
Qızıl tısbağa böcəyi
Glaucus Atlanticus ilbizi
Phobaeticus çubuqcuğu dünyada ən uzun həşərat sayılır. Uzunluğu 36 sm-dir.
Mavi ayaqlı sümsük quşu
Albinos kenqurusu
Nəsli kəsilmiş qara aslan. Dünyada cəmi bir dənə qalıb.
Dişsiz siçan. Yeganə gəmiricidir ki, gəmirə bilmir.
İki rəngli xərçəng. 2006-cı ildə ABŞ-da bir balıqçının toruna iki rəngli xərçəng düşdü. Bir hissəsi qəhvəyi, o biri hissəsi narıncı idi. Bu, 35 il ərzində tutulan 3-cü belə xərçəng idi.
Solifugae - bu hörümçəklər dünyada Günəş hörümçəyi, əqrəb hörümçəyi kimi də tanınır.Bunun səbəbi onun həm əqrəbə, həm də hörümçəyə bənzəyən cəhətlərinin olmasıdır.Uzunluğu təxminən 28-30 sm arası olur. İnsanlar üçün ən təhlükəli olan hörümçək növlərindən biridir.
İşıldayan böcək - Coleoptera dəstəsindən bir böcək növüdür.
Bu bir tısbağa növüdür. Burnu quşun dimdiyi formasındadır, caynaqları da var.
İstiophorus platypterus - dünyada ən sürətli balıqdır. Qeyd olunmuş rekord - 3 saniyəyə 91 metrdir (və yaxud 109 km/saat).
Bu isə dünyada ən əzələli itdir. Onun adı Vendidir, Kanadada yaşayır. Bu it əzələ kütləsini ikiqat artıran genetik qüsurla doğulub.
1937-ci ildə tutulmuş ən böyük çəyirtkə.
Ən böyük kərtənkələlər İndoneziyada yerləşən Komodo adasında yaşayır. Komodo kərtənkələsinin uzunluğu 3 m-dir, kütləsi isə 135 kq-a çatır. Zəhərlidir.