Qadin.NET / Dostluq mesajları...

Dostluq mesajları...

Dostluq mesajları...

 

Hər kəsin həyatında elə bir dostu ola bilər ki,onu nə qədər sevdiyini heç bir sözlə ifadə edə bilməsin.Bu hiss bəzən sevgidən də üstün olur.(Əks cinsə qarşı olan sevgidən)Onunla özünü bir insan hesab edirsən.Dəyişən zəmanəməzdə “dostluqların” çoxu  təmənnalı və ya qısa ömürlü olur təəssüf ki..Dostluq haqda mesajları oxuduqca düşündüklərimi sizinlə paylaşnmaq istədim.Oxuduğunuz bu mesajlara,dostluq haqda içdən yazılmış bu gözəl sözlərə layiq olan dostunuz varmı???Bəs siz özünüz necə dostsunuz?Dostluğu bacarırsınızmı?Dostluqda cins,yaş və millət fərqlərinə necə baxırsınız?

 

*Səmadakı ulduzlar sönüncə,gözlərində gecənin yalnızlığını hiss edincə,möhtac olunca bir dost söhbətinə, unutma ki,səni düşünən bir dost var bu şəhərdə...

 

*Qucaqlamağa qollarının yetməyəcəyi bir ağac, bir toxumla başlar; ən uzun yolçuluqlar kiçik bir addımla, əsl dostluqlar isə kiçik bir təbəssümlə başlar...

 

*Sən gülərkən hərkəs gülər,amma ağlarkən yalnız qalırsan.Ona görə elə bir ağaca söykən ki,qırılmasın,elə bir dost seçin ki,sən ağlayınca arxasını çevirib getməsin...

 

*Dostluq səssizliyi yaşayib saatlarca sıxılmamaqdır.Dost,pis anlarında belə anlayan,dinləyən,güldürəndir...

 

*Yaşamaq bir oyun deyildir,dostum-ağlamaq var,sevmək,sevilmək də var.Bu dünya kimsənin deyildir dostum,ən xoşbəxt anında üzülmək də var...

 

*Dostların sıxıntıda ikən onları xoşbəxt olduqları zamankından daha çox ara...

 

*Dostundan min cəfa gördünsə,onun min dənə vəfası olduğunu xatırla...

 

*Əsl dostlar iki gövdədə yaşayan bir ruh kimidir...

 

*Çalış,hər kəslə dost ol,sənə pislik edildiyində verə biləcəyin ən gözəl cavab unutmaq olsun.Bağışla və unut!Amma kimsəyə təslim olma...

 

*Bağlanmaq sızan qaza bənzər,əvvəl hiss etməzsiniz,sonra qurtulaq bilməzsiniz.

 

*Dostun atdığı daş baş yarmaz...

 

*Dostum,sənin üçün aləm mənə düşmən olursa olsun,sən mənə dost ol,yetər...

 

*İnsan ya dostdur,ya düşmən.Ya heç yoxmuş kimi unudulan,ya da bir an olsun  ağlından çıxmayan...

 

*Musiqi bəzən bizim üçün hər zamankından daha anlamlıdıır.Bax o zaman sevgi və dostluq bizimlədir...

 

*Dostlar,həyatımızın ən gözəl rəngləri,ən nəşəli dəqiqələridir,

Həyatımız boyu görəbilməmizə icazə verilən mələklərimizdir dostlar...

 

*Dostluq ağlamaqsa,üzüldüyündə isti bir qucaqsa və dostun üçün atəşə atılmaqsa,dünya durana,can bədəndən çıxanadək dostunam...

 

*Uzaqlarda da olsan könlümün coşğusuna,ürəyimin sevgisinə,dilimin duasına yoldaş etdiyim tək dostumsan...

 

*Sənin kimi bir dostla hər şeyimi paylaşaram...

 

*Toxunun bir gülə,sadəcə toxunun.Nə qədər sərt biri olsanız da ürəyinizin necə yumşaldığını gərəcəksiniz.Sevgi və dostluğun qəlbinizə necə dolduğunu görəcəksiniz...

 

*Başınızı qaldırın və ucsuz bucaqsız göyüzünə baxın.O an bəlkə sevdalı bir quş gəlib qonacaq saçlarınıza,ürkərək baxacaq gözlərinizə.O an anlayacaqsınız dostluqların qiymətini...

 

*Hər könüldə bir tək çiçək olmaqdansa bir könüldə buket ol...

 

*Əsl dost insanın ruhunda daima bahar mövsümü yaşadandır...

28 sentyabr 2010
GO BACK