Indoneziya zooparkı bizim Bakı zooparkı kimi şəhərin mərkəzində deyil,əksinə şəhərdən 3 saat aralıda dağların başında sıx meşənin içində yerləşir. Heyvanlar meşədə onlar üçün ayrılmış böyük sahələrdə rahatca gəzə bilirlər.Burda hər eyni cinsli heyvana 10 sotdanda artıq sahə ayrılıb.menim ən çox xoşuma gələn isə heyvanların dəmir barmaqlıqlar arasında deyil,təbiət qoynunda yaşaması oldu.
Bu meymunun adı coni imiş. Yaşı isə 37 .coni heç kimi saymırdı.Adını öyrəndikdən sonra coni,coni deyə səslədik,ona banan atacağımızı görüb gəldi.Əlini isə bananı tutmaq üçün acib))
Bu heyvanların yanından bütün maşınlar ehtiyyatla keçirdi)) hətda fotoaparatları maşının pəncərəsindən çıxartmağa ehtiyyat edirdik.
Bu meymun isə qanacaqlı heyvan idi))ona atdıgımız bananları yeyib qabığını başımıza tullayırdı.))
Burada quşlar üçündə böyük sahə ayrılmışdı.quşlarıda heyvanlar kimi təbiət qoynuna həsrət qoymamışdılar.Quşları agaclıqların,gül çiçəyin,şəlalənin içində yaşamalarına şərait yaratmışdılar.quşların uçub uzağlara getməməsi üçün,çox hündürdən həmın ərazini torla bağlamışdılar.burda hər cür quş görmək olardı,lakin hava yağışlı olduğundan fotolar yaxşı alınmamışdı ona görə sizə bircı ən çox sevdiyim,tovuzquşunun şəklini göstərəcəm.burda gəzərkən quşların civiltisindən insan ozünü sanki cənnətdə kimi hesab edir.
Bunlar da digər heyvanlardır.