Soyuducular həyatımızın ayrılmaz hissəsinə çevrilən texnikadır. Karl Linde ilk elektrikli soyuducunu 1877-ci ildə də icad edib.
Günümüzə kimi soyuducular inkişaf etmiş texnologiyalar nəticəsində püxtələşmişdir. Keçmiş dövrlərdə soyuducular 1 qapılı olub. Dondurucu hissə isə buz bağlayıb.
Zinger,Orsk, Çinar bu markalar altında buraxılan soyuduculara indiyə qədər rast gəlmək olar.
Bu soyuducuların əlavə heç bir funksiya olmurdu.
Zaman geçdikçə soyuducular təkmilləşdi. Artıq bir yox, bir neçə funksiya yerinə yetirməyə başladılar.
Soyuducular iki cür olur; defrost və no frost soyuducular.
De frost soyuducuların dondurucu hissəsi buz bağlayır. Sanki qar yağıb. No frost soyuducularin dondurucuları isə buz bağlamır.
Qiymət fərqinə gəldikdə isə təbii ki, No frost soyuducuları daha bahadır.
Soyuducular bundan başqa funksiyaları da yerinə yetirilər. Bu tez dondurma funksiyasıdır.Bir düyməni sıxaraq soyuducuda olan ərzaqlari bir neçə dəqiqə içərisində dondurmaq mümkündür. Bu çox əlverişli funksiyadır.
Bu funksiya həm soyuducuya, həm dondurucuya aid ola bilir. Müasir soyuducularda sonsor ekran, su dispenseri və s. vardır.