Qadin.NET / Müdriklər demişlər (2-ci hissə)

Müdriklər demişlər (2-ci hissə)

 " İnsanların çoxunun dəyərini bilmədiyi iki şey vardır-sağlamlıqları və zamanları " (Məhəmməd peyğəmbər (s.ə.s))

 

           " Çalışqanlar yaramaz işlər barədə düşünmək istəsələr belə, buna vaxt tapa bilməzlər " (Həzrət Əli)

 

     " Vaxtdan ağıllı istifadə etsək, kifayət qədər vaxtımız olar "  (İ. Höte)

 

 " İnsanların ən xeyirlisi insanlara ən çox faydalı olandır "  (Məhəmməd peyğəmbər(s.ə.s)

 

   " Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir "  (Atalar sözü)

 

  " Vaxt həyatın vicdanıdır, itirilmiş vaxt adamı itirilmiş vicdandan daha çox təşvişə salmalıdır " (Y.V.Çəmənzəminli)

 

" Azərbaycan xalqının ən yüksək xüsusiyyətlərindən biri onun dözümlülüyü, dəyanətliyi və iradəsidir " (Heydər Əliyev)

 

  " Salamlaşın ki, aranızdakı sevgi və məhəbbət artsın " (Məhəmməd peyğəmbər (s.ə.s))

 

    " Elə ünsiyyət saxla ki, dostları düşmən, düşmənləri dost etməyəsən " (Pifaqor)

 

 " İnsanı dişləsə azğın bir quduz,

 

 Onun məlhəmi var, keçər qorxusuz.

 

Lakin dil yarası ürəkdən getməz,

 

                  Ona min məlhəm də bir kömək etməz "    (Nizami Gəncəvi)

 

       " Sizə aid olmayan evlərə girmək istədikdə izn istəyin və içəridəkilərə salam verin " (Qurani-Kərimdən)

 

 " İçkinin başlanğıcı günah, ortası sərxoşluq, sonu fəlakətdir " (Xaqani)

 

 " İnadkar, kinli, davakar olmayın və ürəyinizdə qəzəb bəsləməyin " (A.Kapus)

 

" Mən elə bir xalq tanımıram ki, müharibədən xeyir götürmüş olsun " (F.Volter)


17 dekabr 2012
GO BACK