Qadin.NET / Dünya xalqlarının folklorundan seçmələr(Atalar sözü və məsəllər) I hissə

Dünya xalqlarının folklorundan seçmələr(Atalar sözü və məsəllər) I hissə


Abırsız qonaq ev yiyəsini qonaq edər.
               ****
Alim yanında dilini saxla,usta yanında əlini.
               ****
Yaxşı arvad ev qurar,yaman arvad uçurar.
               ****
Dərdli dərdin danışanda dərdsizin başı ağrıyar.
               ****
Biri doyub atılır düşür,Biri donur atılır düşür. 
               ****
Ana fikri bala yanında,bala fikri biyabanda.
               ****
Qayğısız adam su içib də kökələr.
               ****
Yeznə qovsa- eşiyə çixarsan, oğul qovsa beşiyə baxarsan.
               ****
Bala üçün ananın ürəyi ağrıyar,atanın biləyi ağrıyar.
               ****
İgid özü üçün doğular,özgəsi üçün ölər.
               ****
Uşaqlı ev bazardır,uşaqsız ev məzardır.
               ****
Arvadın bərk danışanından qorx,kişinin yavaş danışanından.
               ****
Kasıbın uşağı çox olar,varlının quzusu.
               ****
Adamın tənbəli toyuqlar yatanda yatar,zirəyi toyuqlar duranda durar.
               ****
Dostun yaxşısı başa salır,pisi xəlvəti-xəlvəti ələ salır.
               ****
Axmaq varlananda ikinci arvad gətirər,agıllı  evinin üstünə ev tikər. 
               ****
Öz buğdasını səpməyə tənbəllik edən,özgənin daşını daşımalı olar.
               ****
Ana qəzəbi qar kimidir:çox yağar,tez əriyər.
               ****
Deyəndə ki,dünyanın ən gözəlini gətirsinlər-qarğa öz balasını gətirdi.
              ****
Qürbətin odu da vətənin tüstüsü qədər parlaq deyil.
              ****
Yamanlıq daşa yazılar,yaxşılıq quma.
              ****
Həqiqət dilli-dilavər olmur,yalan bərbəzəkli olsa da.
              ****
Zaman bizlə ayaqlaşmır,biz zamanla ayaqlaşırıq.
              ****
Şərab başa çıxanda,ağıl dolcaya düşər.
              ****
Kasıbdan hamı soruşur: nə iş görürsən? 
Heç kəs demir ki: nə yeyirsən?
              ****
Gözün xəstəliyi aşkardır,ürəyin xəstəliyi gizli.
              ****
Qocanı öyrədən -suya yazmış kimidir,uşağı öyrədən daşa yazmış kimidir.
              ****
Kasıb acından ölər,varlı qorxusundan.
              ****
Həyasızın üzünə tüpürdülər, dedi: yaz yağışıdır.
             ****
İşsizin ən böyük işi var:yemək,yatmaq,bir də deyinmək.

             
20 noyabr 2012
GO BACK