İdman, müəyyən ölçüdə fiziki güc və bacarıq tələb edən sağlamlıq rəmzidir. Əvvəllər idman anlayışı, boş zamanla qiymətləndirməyə istiqamətli balıqçılıq, ovçuluq və atıcılıq kimi açıq hava fəaliyyətlərini, təyin olunmuş qaydalara görə fiziki və ya komandalar arasında edilən nizamlı atletik yarışmalardan ayırmaq üçün istifadə edilərdi.
İdmanın nə vaxt başladığını təyin etmək qeyri-mümkündür. Uşaqların özbaşına yarış keçirmələri bir idman deyil. Amma yetkinlər arasında, fiziki yarışlsr və idman salonlarındaki, məşqlər idman hesab olunur.
İdmanı daha da cəlbedici etməyin yollarından biri kiminləsə idman etməkdir.
Əgər siz Bostondakı Çarlz-Riverdə, Nyu-Yorkdakı Mərkəzi Parkda və ya ABŞ-ın istənilən böyük şəhərlərində olsanız, görərsiniz ki, amerikalılar daha çox fiziki hərəkətlərlə məşğul olurlar. Santa-Monikanın San-Vinset bulvarının ot basmış mərkəz hissəsində onlarla idmançı görə bilərsiniz.
Valideynlərlə birlikdə uşaqlar da idmanla məşğul olurlar. Böyüklərin nümunəsi uşaqlarda da həvəs oyadır. Məşğələ proqramlarına uşaqların da qatılmasının vacibliyi isə öz növbəsində valideyinləri həvəsləndirir. Lakin ola bilsin ki, birgə məşğələlərə ruhlandıran ən başlıca stimul "Birlikdə oynayan ailə həmişə bir olur" atalar sözündə ifadə olunmuşdur. Yəqin ki, bir yerdə oynayan adamlar birlikdə uzun müddət olacaqlar, çünki fiziki məşğələlərlə onlar gümrahlıq qazanacaq və ömürlərini daha da uzadacaqlar.
Kiminləsə birgə məşq edirsinizsə və aranızda rəqiblik əhval-ruhiyyəsi yoxdursa, bu, daha yaxşıdır. Yarışlarla bağlı olan idman növləri fərdi sağlamlıq proqramının reallaşdırılması üçün az yararlıdır. Əvvəl qeyd etdiyimiz kimi, yarış həmişə stress yaradır, stress isə məşğələdən alınan faydanın böyük bir hissəsini yox edə bilər. Əgər siz yarış idmanı ilə məşğul olursunuzsa, qələbə qazanmağınızdan asılı olmayaraq, məşğələnin sizə verdiyi faydaları əsas məqsədiniz hesab edin. Əgər sizin stimulunuz qələbə olarsa, o zaman idman qüvvənizin bərpası üçün yararlı sayılmır. Bu, hətta sizə ziyan da gətirə bilər. Yaxşı məsləhətlərə qulaq assanız və səy göstərsəniz, çox şeyə nail ola bilərsiniz. Biznesdə rəqabətin olması normal haldır, lakin şəxsi sağlamlığın qazanılmasında rəqabət varsa, burada artıq ikinci dərəcəli rol oynamalıdır.