Qadin.NET / Su haqqında bilmədiklərimiz

Su haqqında bilmədiklərimiz

Əziz qadınlar, bu dəfəki xəbərimdə sizə su haqqında bir neçə dəyərli məlumat vermək istəyirəm. Suyun orqanizmimizə faydaları haqqında bilmək istəyənlər xəbəri diqqətlə oxusunlar! 

 Güclü susuzluq asan təyin olunur. Amma ola bilər ki, su çatışmazlığı əmələ gəlsin, lakin bu hiss olunmasın. Əhval-ruhiyyənin dəyişməsi, susuzlaşmanın ilk əlaməti ola bilər. İnsan beyni 15-40 milyarda qədər hüceyrədən ibarətdir və bu hüceyrələrin hər birinin 70-85 faizi sudan ibarətdir. Əgər kimsə "Sizin başınızda su var" deyib sizə rişxənd etsə, bu komplimentə görə ona təşəkkür edin. Aydın düşünmək və yaxşı işləmək üçün beyinə çoxlu miqdarda su lazımdır.  

Su haqqında bilmədiklərimiz 

 Depressiya və əsəbilik əhəmiyyətli dərəcədə su çatışmazlığı ilə bağlıdır. Uşaqlarınız yorulub şıltaqlıq edirlərsə, onlara bir stəkan su verin və özünüz də bir-iki stəkan su için. Orqanizmdə suyun miqdarı az olduqda adam əsəbi  olur və asanlıqla özündən çıxa bilir.

 Yazıçılar, rəssamlar və digər incəsənət adamları tez-tez yaradıcılıqlarında "quraqlıq dövrlərinin" olduğunu söyləyirlər. Bu, sözün həqiqi mənasında belədir. Normal yaradıcı fəaliyyət üçün kifayət qədər suyun olması vacibdir. Əks halda, yaradıcılıq ciddi zərər çəkə bilir.

 Baş beyindəki su miqdarı 70 faizdən az olarsa, kəskin psixoz inkişaf edə bilər. Biz psixiatrik xəstəxanalara güclü oyanma vəziyyətində daxil olan xəstələri müşahidə etsək görərik ki, müayinələr xəstələrdə orqanizmin güclü susuzlaşmasını təyin edirdi. Çox vaxt vena daxilinə maye köçürülməsi bir neçə saat ərzində xəstənin vəziyyətini normallaşdırırdı.  

Su haqqında bilmədiklərimiz 

 Əgər siz öz aydın və dəqiq düşünmə qabiliyyətinizi qoruyub saxlamaq istəyirsinizsə, əlavə su için. Bu, həmişə asanlıqla tapa biləcəyiniz ən ucuz və bir çox hallarda ən effektli tonuslayıcı vasitədir. Su həmçinin, artıq çəkidən azad olmağınıza da kömək edir. Çoxlarına qəribə görünsə də su ən gözəl sidikqovucu vasitələrdən biridir. Əgər orqanizmə çox miqdarda maye yığılıbsa və əgər bu ürək çatışmazlığı ilə bağlı deyilsə, bir qədər də su için. Gün ərzində su həm də dəri (0,5 litrə qədər), ağciyərlər (200-300 ml) və nəcis (200-300 ml) vasitəsilə də itirilir.

 

5 aprel 2013
GO BACK