Qadin.NET / Əlamətlərə inanırsınızmı?

Əlamətlərə inanırsınızmı?

 

 

 

Pis əlamətlərdən qorxursunuz? Hər birimiz həyatımıza müdaxilə edə biləcək pis əlamətlərin olduğunu düşünürük. Amma elə adamlar var ki, pis əlamətlərə ümumiyyətlə inanmır və qorxmurlar. Bəs siz necə? Pis əlamətlərdən nə dərəcədə ehtiyat edirsiniz? Testimizdən keçərək bu suallara cavab tapacaqsınız.

1. Yolunuzdan qara pişik keçərsə, nə edərsiniz?
A. Yoluma davam edərəm
B. Əvvəlcə yolu başqa adamın keçməsini gözləyərəm
C. Dönüb başqa istiqamətdə gedərəm

2. 666 nömrə nişanlı avtobusa minərsiniz?
A.Əlbəttə
B.Əgər başqa çıxış yolum olmasa, hə
C.Heç vaxt, axı bu şeytan rəqəmidir

3. Əgər evinizdə kimsə dünyasını dəyişsə, ilk növbədə nə edərsiniz?
A.Yaxınlıqdakı məscidə apararam
B.Bütün tanışlara xəbər verərəm
C.Evdəki güzgüləri ağ parça ilə örtərəm

4. Boş vedrə aparan qadın qarşınıza çıxsa, nə edərsiniz?
A.Ona kömək lazım olub-olmadığını soruşaram
B.Xəyalən vedrənin içinə tüpürərəm
C.Fikirləşərəm ki, başlayacağım yeni iş alınmayacaq

5. 2 mərasim - toy və yas - birdən çıxsa, nə edərsiniz?
A.Təəccüblənərəm və bu haqda tanışlarıma danışaram
B.Gəlinlə bəyə görə çox qorxaram
C.Başa düşərəm ki, bu mənim üçün bir işarədir

6. "13" nömrəli mənzil və ya otel otağında rahat yaşaya bilərsiniz?
A.Problemsiz
B.Bu böyük çatışmazlıqdır, hətta evdə bütün şərait olsa belə
C.Heç vaxt, yaxşısı it daxmasında yaşayaram

7. Dostunuzla sağollaşan zaman əlləriniz çarpazlaşarsa, nə fikirləşərsiniz?
A.Heç nə
B.Ona yaxın vaxtlarda zəng etməliyəm
C.Biz onunla bir daha görüşməyəcəyik

8. Rəhmətə gedən nənəniz yuxunuza gələrək sizi özü ilə getməyə çağırarsa, yuxudan ayılarkən nə edərsiniz?
A.Düşünərəm ki, onun qəbrini ziyarət etməliyəm
B.Bunun sadəcə yuxu olduğunu düşünərəm
C.Ölümlə bağlı fikirlərə dalaram

9. Dişləri bir-birindən aralı olan insanın rəhbərliyi altında işləyə bilərsiniz?
A.Əlbəttə, əgər o, yaxşı işgüzar keyfiyyətlərə malikdirsə
B.Həvəslə işləmərəm, estetik nöyteyi-nəzərdən
C.Xeyr, onsuz da bu işbirliyindən yaxşı heç nə alınmayacaq

Nəticələri hesablayaq
Hər "A" cavabına görə 1 xal, "B" cavabına görə 2 xal, "C" cavabına görə isə 3 xal verin.

9-14 xal: Sıx mövhumatçı deyilsiniz, əlamətlərə az inanırsınız, ona görə də onlar həyatınıza təsir edə bilmir. Bəlkə də siz yaxşı müşahidəçi deyilsiniz.

15-22 xal: Yəqin ki, həyata keçən əlamətlərin şahidi olmusunuz. Ona görə də onlara ikitərəfli münasibət bəsləyirsiniz - istənilən halda necə hərəkət etmək lazım olduğu haqqında düzgün məlumat toplamağa çalışırsınız. Bilin, vaxt gələcək, bunlar lazımınız olacaq.

23-27 xal: Düşünmək olar ki, bütün pis əlamətlər sizin həyatınızı korlamaq üçündür. Nəzərə alın ki, həddindən artıq bədgümanlıq onların təsirini artırır. Ona görə də emosiyalarınızla diqqətli olun. 

12 sentyabr 2010
GO BACK