Qadin.NET / Gəlinliklərin Rəngi Niyə Ağdır?

Gəlinliklərin Rəngi Niyə Ağdır?

Gəlinliklərin Rəngi Niyə Ağdır?

Qədim Romada gəlinliklərin rəngi sarı idi. Orta çağlarda isə gəlinliklərin rəngi məsələsinə o qədər də fikir vermirdilər. Parçanın keyfiyyətli və göstərişli olması daha önəmli idi. Hər kəs ən yaxşı paltarlarını geyinirdi, rəng də hər kəsin öz seçiminə göre idi. Bəyaz gəlinlik adətinin yayğınlaşması 16-ci yüzillikdə olmuşdur.
Bu illərdə kraliyyət ailəsi gəlinlərinin gümüşü rəngdə gəlinlik geyinmeleri ənənə idi. Kraliça Viktoriya bunu rədd etdi ve beyaz gəlinlik geyinməkdə israr etdi. Bundan sonra ıngilis ve Fransız yazıçılar bəyaz rəngin məsumiyyətin simvolu olduğu mövzusunda yazmağa başladılar. Əxlaqi baxımdan bakirəlik evliliyin əsas şərti olduğu üçün ağ gəlinlik adəti yayıldı. Evlənərkən bəyaz geyinmek gənc qızların bəkaretlərini cəmiyyetə elan etmələrinin vasitəsi oldu. Gelinlikle bağlı bezi batil inanclar da var.

Bunlara göre bir qızın gelinliyini özü tikməsi, beyin toydan önce onu gelinliklə görməsi, gelinliyini toydan qabaq geyinməsi uğursuzluq getirir. Söz evlənməkdən açılınca nişan üzüyündən de bəhs etmək gərəkir. İnsanların evlənincə üzük taxmaları qədim misirlilerin inanclarına söykənir. Miladdan 2800 il əvvəl Misirdə yaşayanlar dairənin ve ya halqa şəklindəki cisimlərin, başlanğıc ve bitiş nöqtələrinin olmaması səbəbi ile sonsuzluğu təmsil etdiklərinə inanırdılar. Üzük evliliyin sonsuzadək davam edecəyinə simvolizə edirdi. Sonra bu inanc ve adət romalılar vasitəsilə geniş yayıldı. Qazıntılarda o dövrlərə aid çox maraqlı nişan üzüklərinə rast gəlinmişdir. Nişan üzüyünün sol ələ ve sondan bir öncəki barmağa taxılmasının səbəbi ise modern tibbin inkişafından öncəki dövrlərə aid yanlış bir insan anatomiyası bilgisidir. O zamanlarda qan dövranı sistemimizdəki ana damarın sol əlimizdə bu barmaqdan başlayıb qəlbimizə getdiyi zənn edilirdi. Beləcə bura taxılan üzüklər evli cütün qəlbən bağlılığını gösterirdi. İndi damarların haradan gəlib haraya getdiyi bilinsə də bu da bir adət olaraq qalıb.
3 mart 2009
GO BACK