Qadin.NET / Bölgələrimizin mətbəxi - Gəncə

Bölgələrimizin mətbəxi - Gəncə

Hər dəfə olduğu kimi , bu gün də bir bölgəmizin mətbəxindən yazacam. Təbiətinin gözəlliyinə, füsünkarlığına söz olmayan Gəncəmizdən yazacam.Hansı ki, dahilərimizin məskəni olmuşdur.  Yəqin ki, hərəmiz bir dəfə də olsa Gəncədə olmuşuq və nemətlərinə bələdik.Başlayaq...

Gəncə dovğası

Bölgələrimizin mətbəxi - Gəncə

Gəncə mətbəxi dedikdə hamının ağlına gələn ilk yemək məşhur Gəncə dovğası olur. Onu digər bölgələrin dovğasından fərqləndirən əsas cəhət camış qatığından hazırlanmasıdır. Belə ki, əvvəlcə yumru düyü yaxşıca bişirilir. Kənarda ispanaq, keşniş, şüyüd, nanə və kərəviz təmizlənib xırda-xırda doğranır. Qatığa  un, yumurta tökülür və möhkəm çalınır. Sonra qatığı qaynara düşənə qədər taxta qaşıqla bulayırlar. Qatıq buğlanmağa başlayanda bişmiş düyü və doğranmış göyərti əlavə olunur. Göyərti rəngini dəyişən kimi,dovğa ocağın üstündən götürülür. Duz dovğaya soyuduqdan sonra vurulur.

 Gəncə paxlavası 

 Bölgələrimizin mətbəxi - Gəncə

Gəncə dolması (kələm dolmasi sirkə -şirə ilə)

 

Firni

 Bölgələrimizin mətbəxi - Gəncə 

Quzu şirniyyatı

Bölgələrimizin mətbəxi - Gəncə

Zilviyə

Əgər bilmədiyim, əlavə etmədiyim hansısa yemək varsa üzürlü sayın. Dovğa , paxlava  və digər məlumatlar üçün Xanım_Xatuna təşəkkür edirəm. Bir Gəncəli kimi öz əməyini əsirgəmədi bizdən.

P.S. Sizlərdən də öz bölgənizə aid olan yeməkləri mənə təqdim etməyinizi xahiş edirəm. Ola bilsin ki, mənim də bilmədiklərim olar,sizlərdən öyrənərəm. Öncədən təşəkkür edirəm.

15 mart 2013
GO BACK