Qadin.NET / Murat Dalkılıç - "Kader"

Murat Dalkılıç - "Kader"

Murat Dalkılıç 1983-cü ildə İzmirdə anadan olub. Orta təhsilini Kuşadasında tamamlayan Murat Dalkılıç dərslərinə lazımi qədər vaxt ayırmamaq bahasına da olsa basketbolçu olmağa qərar verir. Eyni zamanda hobbi olaraq şəkil və musiqi ilə də maraqlanmağa başlayır.

15 yaşı olarkən məktəbdə ilk musiqi qrupunu qurur və solistliyini boynuna götürur. "Kuşadasıspor" komandasında basketbol oynamağa başladıqdan 1 il sonra basketbolu ataraq tamamilə musiqi ilə məşğul olmağa başlayır. Musiqi karyerasına bar və kafelərdə gitara çalmaqla başlayan Murat Dalkılıç qısa müddətdə populyarlıq qazanmağa başlayır. Hazırda Beykent Universitetinin aktyorluq bölümündə təhsilini davam etdirir.

2009-cu ildə Kral TV-nin "İlin ən yaxşı müğənnisi" mükafatına layiq görülüb. Həmin ildə "Qızıl kəpənək" mükafatlarında "Ən yaxşı müğənni" mükafatını alıb.

Murat Boz ilə Murat Dalkılıç çox yaxşı dostdurlar. Hətta "Kasaba" adlı klipin çəkilişində birlikdə rol almışdılar . Klipin sonlarında Murat Boz iki əliylə Murat Dalkılıçı boğmağa çalışırdı. Sonraları Murat Dalkılıca "Niyə Murat Boz sizi boğmağa çalışırdı?" deyə soruşan jurnalistlərə
"Kasaba" çox gözəl bir mahnıdır. Niyə o mahnını mən oxumadım deyə qısqanclıqdan elə etdi" deyə zarafatla cavab vermişdi.

İndi sizlərə Murat Dalkılıçın "Kader" klipini təqdim edirəm.

 

8 yanvar 2013
GO BACK