Bilirsinizmi aldığımız məhsulların üzərindəki xətlər nə anlama gəlir? Tünd xətt -məhsulun kimyəvi maddələrdən ibarət olduğunu göstərir!
Qırmızı xətt -70% kimyəvi və 30% təbii məhsuldur. Yaşıl xətt - yalnız təbii maddələrdən ibarətdir.
Ən çox doğum artımına səbəb Mərakeşli Sultan Mulayu İsmayıl olub. O, bir ildə 58 uşaq atası ola bilib. Ümumilikdə isə 31 yaşında 525 oğlu və 342 qızı var idi. Onun 500 cariyəsi olub, onların hamısı ilə cinsi əlaqədə olurmuş. Hesablasaq, bu, hər həftə bir uşağın dünyaya gəlməsi dəməkdir.
Tibetlilərdə səmada basdırılma (Sky burial) ritualı vardır. Qədimdən adət-ənənə halını almış bu basdırılmaya səbəb əslində hündürlükdə torpağın bərk olması, qazıla bilməməsi, və yandırmağa odun olmamasıdır. Ailə üzvlərindən biri meyidi dağın ən yüksək zirvəsində təmiz soyunduraraq üzərinə kəsiklər atır. Sonra isə kərkəslər gəlib həmin insan meyidini yeməyə başlayırlar. Yerdə qalan sümük də kvaltla sındırılaraq xırda hala salınır (tsampa adlanır) və başqa vəhşi heyvanlara yem edilir.
İtaliyada tapılan qazıntıda qadınla kişinin əl-ələ tutub öldüyünü aydın görmək olar. Həmcinin qadın kişiyə, kişi də qadına baxıb. Zamanla cürümə, dağılma nəticəsində üzü yana tərəf çevrilib. Yaşı 500 ildən cox olduğu bildirilən bu tapıntının taun epidemiyası zamanı ölənlərə aid olduğu təxmin edilir.
Ruh təmizliyi: Hindistanda bir ata 1 yaşındakı oğlunu inanca görə ruhunun təmizlənməsi üçün durmadan çaya salıb çıxarır. Məqsəd onun ruhunun təmizlənməsi imiş.
Taylanddakı bu kinozal üzür. Belə ki, zala daxil olandan bir saat sonra gölün o biri sahilində olursunuz,cox sakitdir və zalın üzdüyünü hec hiss etmirsiniz.
100 il əvvəl Kaliforniyada sekvoya ağacının kəsilməsi. Bu şəkil Kaliforniya Universitetinin arxivindən tapılıb. Şəkil isveçli fotoqraf Avqust Erikson tərəfindən cəkilib.
Abigail və Brittany Hənsəlin eyni bədəni paylaşmalarından savayı, onları gənc qızlardan fərqləndirən heç bir cəhəti yoxdur.Onlar Minnesotadaki Bethel Universitetindən yüksək dərəcəylə ayrı-ayrı məzun olmağı bacarıblar.Dostları ilə Avropa turuna çıxıb hamı kimi şəkil çəkdirirlər.Piano çalarkən Abigail sağ əllərini,Brittany isə sol əllərini işlədir.Bovling,basketbol,üzgüçülük kimi yarışlarını bitirdikdən sonra sürücülük vəsiqəsini belə alıblar.
Balaca Li Jingchao əlindəki çubuqla oynayanda düz həmin çubuğun üstünə yıxılıb. Çubuq burnuna və 4 sm beyninə girib. Xoşbəxtlikdən həkimlərin səyi nəticəsində sağ qalıb.