Qadin.NET / Mona Lisa

Mona Lisa

Mona Lisa

Əziz xanımlar mənim üçün hər zaman böyük marağa səbəb olan və 400 ildir araşdırmalara ramən heç kəsin Mona Lisa -nın portiretdəki əsrarəngiz gülüşünün səbəbini dəqiq sübut edə bilmədiyi sənət əsəri haqda sizlərlə paylaşmaq istədim.

Gəlin əvvəlcə sənət tarixinin ən cox tanınan əsəri Mona Lisanın dünya tarixinə hədiyyə edən Leanardo Da Vinci ilə tanış olaq.
İtaliyada intihab dövrünün sənət tarixinə heç sönməyəcək bir ulduz xüsusiyyəti ilə intiqal edən məşhur siması Leanardo Da Vinçi,Pioro Da Vinci adındakı bir vəkilin qeyri qanuni oğlu olaraq 1452-ci ildə doğulmuşdur.Doğulduğu yer,ailəsinin adını almış olduğu bir təpənin üzərindəki bir Vinçi kəndi idi.
Leanardo Da Vinçinin uşaqliğdan bəri ən çox maraqlandığı şey şəkil və heykəl olub.Bu marağa dəstək verən atası onu Floransalı rəssam Veroçhionun yanına verdi.Tez zamanda Leanardo Da Vinçi böyük rəssam oldu.Floransadakı bir tablo xaric Leanardonun ilk dövr şəkilləri dərhal hamısı itmişdir.Bİr əssam olaraq işıq və kölgənin təsirlərini özündən əvvəl gələnlərdən daha yaxşı qavramışdı.Bu qavrayşının nəticələrini böyük ustalıqla öz əsərlərində əks etdirmişdi.bir yazar olaraq İtaliyan dilini inkişaf etdirmə yolunda böyük sıylər xərcləyib,sənətdə ölməz qaydalar,möhkəm qanunlar təklif edib və qəbul etdirib.
Mona Lisa kimdir.
Əziz xanimlar Mona Lisanin kimliyi haqda internetde uzun -uzadı yazilmasına baxmayaraq,çalışıb onlardan əsas məlumatları sizlərlə paylaşacam.

Dünyanın ən məşhur tablosundakı bu sirli qadın 5 uşaq anası bir qadın olduğu ortaya çıxıb.İngilis teleqraph qəzetinin xəbərinə görə tarixçilərin 400 ildir üzərində mübahisə etdiyi bu tablodakı qadın zəngin bir ipək tacirinin yoldaşıdır.
Mona Lisa haqda yazılan Modelin,Da Vinçinin özü,Rəssamın anası,Florensalı həyat qadını olduğu şəkilindəki çox saydakı iddia,Giuseppe Pllanti adlı bir müəlimin araşdırması sayəsində çözüldü.
Pallanti şəkildəki qadının çox zəngin ipək taciri olan Sər françesco Del Giokondonun yoldaşı Lisa Gherardine oldugunu açıqladı.Pallantiyə görə rəssam Da Vincinin atası ilə bu zəngin tacir çox yaxın iki yoldaş imiş.Pallanti 1495-də Lisa Gerardine ilə evlənən Del Giocondonun yoldaşına jest etmək üçün 24 yaşındakı yoldaşının tablosunu Da Vinçiyə çəkdirdiyini ifadə edib.

Mona Lisanın təbəsümünün sirri.
Kanada milli araşdırma şürasının mütəxəsisləri Louvre muzeyi rəhbərliyinin istəyilə tabloda üç ölçülü rəngli lazer daramasından keçirərək hesabat hazırladı.araşdirma sonunda Da Vincinin məhşur əsəri Mona Lisanin o zamanlar ümumiyyətlə hamilə yada yeni doğum etmiş qadınlarin istifadı etdiyyi çox incə və şəfaf bir tüllə boynundan aşağısını örtüyü aydın oldu.Mütəxəsislərə görə tablə Lisanın ikinci oglunun doğumuna itihafən çəkilmişdir.Mona Lisanın əsrarəngiz gülümsəməsidə məgər yeni doğum etmiş bir ananın gülümsəməsiymiş.
Mona Lisa əsərinin sirlərindən biri ilk əvvəl üzünə baxan kimi onu gülümsəmiş görürük və ani olaraqda bu gülümsəmə bir ciddiliklə əvəz olunur.
əlinizə bir kagız alsas və Mona Lisanin üzünün sag tərəfini baglayın.Gordüyünüz kədərli bir qadın olacaq.Sol üzünü bağlasaz bu dəfə xoşbəxt bir qadın olacaq.


Hollandiyadakı Amestradam unversitetindən riyaziyyatçılar,sənət tarixçiləri Mona Lisanın üzündəki ifadəni və duyğularını analiz edən bir kompüter proqramıyla tablonu araşdırdı.Proqram-dodaq qıvrımı,göz kənarındakı qırışlar kimi ana üz xətlərinin təməli 4 duyğuyla əlaqələndirilərək nəticə cıxardildı.
Xoşbəxtlik-83%
Lovğalıq-9%
Qorxu-6%
hirs-2%

Mona Lisada heç fırça izi yox.
Da vinçinin tablosunda ayrıca heç bir fırça izi təyin oluna bilməyib.Tabloda çox incə və yekpare boya təbəqəsi aydın oldu.Əsərdə heç bir barmaq izidə təyin edilməyib.Halbuki bəzi mütəxəsislər sənətçinin tablonu barmaqlarını istifadə edərək çəkdiyinə inanırdı.
Kaliforniya unversiteti məsləhətçisi olan Jacques Franck , Leanardo şah əsərini `Sufumato`texnikası ilə etdiyyini idia etmiş.İtaliyanca tüstü,duman mənası verən Fumodan gəlirmiş bu texnikanın adı.Da Vinci işıq və kölgəni,bu qədər fərqinə varılmaz bir şəkildə birləşdirə bildiyini heç bir zaman açıqlamamış, yalniz qeyidlərində;`işıq və kölgə ,xətt və kənarları olmadan birləşdirilməlidir`tüstü kimi.

Əziz xanımlar əgər Mona Lisa əsəri onun həyat yoldaşının sifarişi ilə çəkilmişsə bəs nəyə görə Leanardo Da Vinçi məhşur tablonu 10 ildən cox yanında daşımış və ölənə qədərdə üzərində işləmişdir?
Da Vinci tablonu 1503-1506 arası cəkmiş şəkilə aşiq olduğu sanılan Da Vinci tablonu Francesco Del Giocondaya vermek yerinə Fransaya qaçırıb.
Fransa inqilabına qədər bir çox Fransız kraalının sarayında iştirak edən tablo ,Napaleonun sevgilisi cozefinanın yataq otagınıda bəzəyib.

Mona Lisanın gerçəkdə kim olduğu bir sirr.Ancaq tarixçilər onu Florensalı Del Giokondonun yoldaşı Lisa Del Giokonda olduğuna inanırlar.
Bu esərin orjinalı Fransadakı Louver muzeyində sabit 20 dərəcə istilikdə 3 qat şüşənin arxasında qorunur.Muzey isə hər il 330 min Mona Lisa mövzulu məhsul satır.
Tablo 1911 ildə oğurlandı.2 il sonra yaradıldığı yerdən Fransada tapıldı.Soyğunla əlaqədər sorğulanlar arasında məşhur rəssam Pikasoda vardı.
Luverdə 6 min tablo olmasına baxmayaraq ziyarətçilərin 95%-i ilk olaraq 77sm 53 sm ölçüsündəki bu tabloya tərəf qaçır.
Yaglı boya tablo ildə bir gün endirilərək təmizlənir.Mona Lisanın ziyarəti açıq olmadığı gün Luver muzeyinin ən sakit günü olur.
1 sentyabr 2010
GO BACK